Putin Suriya liderindən elə şey istədi ki… SENSASİON MƏQAMLAR KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vladimir Putin Əhməd əş-Şaraa ilə görüşdə bildirib ki, Rusiya və Suriya bir çox onilliklər ərzində xüsusi əlaqələri inkişaf etdirib və bu münasibətlər heç vaxt siyasi maraqlarla əlaqəli olmayıb.
Əş-Şaraa vurğulayıb ki, Suriya Rusiya ilə bütün əlaqələri bərpa etməyə çalışacaq və Moskva yeni Suriyanın inkişafında ciddi rol oynayacaq. O, həmçinin əvvəlki sazişlərə hörmət etdiklərini və ikitərəfli münasibətlərin yeni xarakterini müəyyənləşdirməyə çalışdıqlarını qeyd edib.
KONKRET.az xəbər verir ki, görüşdə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası, Rusiyanın Tartusdakı hərbi dəniz bazası və Xmeymim aviabazasının saxlanması məsələləri müzakirə olunub.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiyanın Suriyadakı mövcudluğu və hərbi obyektlərin funksionallığının yenidən qurulması məsələləri də gündəmdədir.
Müşviq Tofiqoğlu
KONKRET.az


