Icma.az
close
up
RU
Putin tək tək rədd etdi, dəniz planını açıqladı Regionu silkləyən qərar

Putin tək tək rədd etdi, dəniz planını açıqladı Regionu silkləyən qərar

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsində geri addım atmaması, əksinə sülh danışıqları ilə bağlı təklifləri ard-arda rədd etməsi birmənalı qarşılanmır. Xüsusilə ABŞ rəsmilərinin açıqlamalarına görə, Prezident Donald Trampın münaqişənin dayandırılmasına dair təkliflərinə Kreml rəhbərinin isti yanaşmaması narazılıq doğurur.

Rusiya lideri sərt tələblər irəli sürür, Vaşinqtona verdiyi vədləri yerinə yetirmir və daha çox ABŞ-la ikitərəfli münasibətlərə yönələrək sülh danışıqlarından boyun qaçırır.

Putinin dünyaya meydan oxumasının səbəbi nədir? O, hansı əsaslarla Avropanı rahatlıqla təhdid edir, Ukraynaya sərt tələblər irəli sürür?

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, bütövlükdə Rusiya-Ukrayna müharibəsinin həllinə yönələn cəhdlər yeni mərhələyə qədəm qoyub:

“Bu mərhələnin əvvəlkilərdən əsas fərqi ondan ibarətdir ki, artıq tərəflər açıq oynayırlar. Rusiya açıq şəkildə məqsəd və niyyətlərini bildirir, Ukrayna da eyni formada cavab verir. Putinin hərəkət və davranışlarında məntiq var. Əvvəllər bəyan etdiyi fikirlərdən fərqli heç nə demir. Kreml rəhbəri Kiyevdə hakimiyyətin anti-Rusiya mövqeyində olmamasını vurğulayır və NATO-nun Ukraynanın üzvlüyünə veto qoymasını tələb edir. Putin deyir ki, Alyansın qüvvələri Rusiyanın sərhədlərinə yerləşdirilə bilməz.


Füzuli Qurbanov

Ukrayna strateji məkan olaraq Qərbin təsirinin üstün olduğu şəraitin qəbul edilməsini rədd edir. Putin sanki sülh prosesini dayandıran adam kimi təqdim olunur, amma bu, düzgün deyil. Kreml rəhbəri əslində Rusiyanın maraqlarını qoruyur və öz şərtlərini irəli sürür. Burada Qərbin Rusiyanın maraqlarına baxması düzgün deyil. Avrasiyanın geosiyasi taleyi hazırda müzakirə edilməlidir. Çünki tərəflər mövqelərində israr etsələr, geri çəkilmə olmayacaq və müharibə daha da alovlanacaq.

Rusiya indi metodik addımlarla Ukraynadakı şəhər obyektlərini ələ keçirir. Hətta Putin bildirib ki, Ukraynanın Qara dənizə çıxışının qarşısı alınmalıdır. Bu, əlavə risklər yaradır. Kiyev də geri addım atmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Əgər ABŞ və Avropa münaqişəni obyektiv şəkildə həll etməsə, proses daha da sərtləşəcək. Rusiya əvvəldən dediklərini yerinə yetirməkdə israrlıdır və bu, münaqişəni daha riskli hala gətirir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri