Putin tələblərindən geri çəkilmir Müharibənin sonu görünmür
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində son səyləri danışıqlarda ciddi irəliləyişə səbəb olmayıb.
Modern.az xəbər verir ki, “Bloomberg”in öz mənbələrinə istinadən yaydığı məlumata görə, Ukraynanın müttəfiqləri müharibənin 2027-ci ildə də davam edəcəyinə hazırlaşırlar.
Məlumata görə, Moskva qış aylarında Ukraynaya, xüsusilə də enerji infrastrukturuna zərbələri daha da gücləndirməyi planlaşdırır. Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putin müharibənin dayandırılması üçün əsas tələblərindən geri çəkilməyə hazır olduğunu nümayiş etdirmir.
Moskva Donetsk vilayətinin şərq hissəsinin tamamilə nəzarətə götürülməsində israr edir. Kiyev isə hazırkı cəbhə xətti boyunca döyüşlərin dayandırılmasını təklif edir. Beləliklə, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qalmaqda davam edir və ABŞ administrasiyasının diplomatik səyləri hələlik gözlənilən nəticəni verməyib.
“Bloomberg” yazır ki, Ukraynanın müttəfiqləri artıq uzunmüddətli müharibə ssenarisinə hazırlaşırlar. Avropa ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün ABŞ-dan əlavə “Patriot” sistemləri və raket-interseptorlar almağı planlaşdırırlar.
Bu addımlar müharibənin yaxın perspektivdə başa çatacağına dair gözləntilərin zəiflədiyini göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Sentyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















