Putin təsdiqlədi Vətəndaşlığı olmayanlar da orduya aparılacaq
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya prezidenti Vladimir Putin vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyası Silahlı Qüvvələrində müqavilə əsasında hərbi xidmət keçməsinə imkan verən qanunu imzalayıb.
Modern.az-ın məlumatına görə, yeni qanun “Hərbi vəzifə və hərbi xidmət haqqında” federal qanuna dəyişiklik edir və vətəndaşlığı olmayan şəxslərə Rusiya ordusunda və digər hərbi birləşmələrdə xidmət etmək hüququ verir.
Sənəddə həmçinin qeyd olunur ki, bu şəxslər və onların ailə üzvləri “Rusiya Federasiyasında dövlət pensiya təminatı haqqında” qanunun müddəalarından yararlana biləcəklər.
Bundan başqa, qanun sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığına qəbul prosedurunu müəyyən edir.
Belə ki, Rusiya Silahlı Qüvvələrində və ya hərbi birləşmələrində azı bir il müddətinə müqavilə ilə xidmət keçən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daimi yaşamaq icazəsi olmadan da beş il gözləmədən Rusiya vətəndaşlığına müraciət edə biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 07 İyul 2025 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















