Putin Trampa zəng edib atəşkəs ideyasını müzakirə edə biləcəyini söylədi
Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.
Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəs ideyasını müzakirə etmək üçün ABŞ lideri Donald Trampa zəng edə biləcəyini deyib.
O, bu barədə Kremldə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“İdeyanın özü düzgündür və biz bunu mütləq dəstəkləyirik. Amma müzakirə etməli olduğumuz məsələlər var. Düşünürəm ki, biz amerikalı həmkarlarımız və tərəfdaşlarımızla da danışmalıyıq. “Bəlkə də mən prezident Trampa zəng edim” dedi Putin.
Dövlət başçısı həmçinin vurğulayıb ki, Rusiya hərbi əməliyyatlara son qoymaq təklifləri ilə razıdır , ancaq uzunmüddətli sülhə gətirib çıxaran və böhranın səbəblərini aradan qaldıran təkliflərlə.
Daha əvvəl “Kommersant” qəzetinin xüsusi müxbiri Andrey Kolesnikov bildirmişdi ki, Putin Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşmək niyyətindədir.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 Mart 2025 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















