Icma.az
close
up
RU
PUTİN TRAMPDAN ƏN ÇOX NƏYİ İSTƏYİR? “Bu, Putinin tədricinə son qoya bilər”

PUTİN TRAMPDAN ƏN ÇOX NƏYİ İSTƏYİR? “Bu, Putinin tədricinə son qoya bilər”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Donald Trampın ABŞ prezidentliyinə qayıdışını Vladimir Putin özünün beynəlxalq təcridini qırmaq və “dövlət xadimi” imicini bərpa etmək üçün fürsət kimi görür.

“AzPolitika” xəbər verir ki, “The Hill” nəşrində dərc edilən məqalədə belə deyilir.

Qəzet yazır ki, Putin Trampla mümkün görüşə özünün beynəlxalq nüfuzunun bərpası imkanı kmimi baxır: "Putinin ən çox istədiyi şey Trampın ona dünya səhnəsində statusunu bərpa etməkdə kömək etməsidir. Bu məqsədlə Rusiya lideri Trampa yumşaqlıqla yaltaqlanır, onun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunu gücləndirə biləcək yüksək səviyyəli görüşün əsasını qoyur".

Məqalədə bildirilir ki, Putinin Trampı “sakitləşdirməkdən” başqa yolu yoxdur: “Eyni zamanda, Rusiya iqtisadiyyatının çöküş həddinə yaxınlaşdığı bir vaxtda Putin artıq Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə eyham vuran Trampı qıcıqlandırmamaq üçün ehtiyatlı davranır. Lakin Rusiya hələ də Ukrayna ilə birbaşa danışıqlar aparmaq istəmir və bunun əvəzinə Amerika ilə danışıqlara can atır. Tramp həm də sülh razılaşmasına vasitəçilik etməyə çalışır, lakin “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipini əsas tutan ABŞ-nin keçmiş prezidenti Co Baydendən fərqli olaraq, Tramp öz siyasi məqsədlərini gerçəkləşdirməyə və həll yolunu axtarmağa daha çox meyllidir”.

Müəlliflərin fikrincə, Putin Trampın razılaşma istəyini Ukraynanın suverenliyi və təhlükəsizliyi bahasına Rusiya üçün əlverişli şərtlərdə israr etmək imkanı kimi görür: "Hər şeydən əvvəl Putin Rusiyanı qlobal supergüc kimi göstərmək üçün Ukrayna olmadan ABŞ ilə birbaşa sammit keçirmək istəyir. Bu cür danışıqlar onun təcridinə son qoyacaq, Ukraynanın onun təsir dairəsinə aid olduğuna dair iddiasını təsdiq edəcək və Rusiyanı dünya səhnəsində hörmətə layiq imperialist güc kimi göstərməyə xidmət göstərəcək”.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin yaxın vaxtlarda onların arasında telefon danışığı olacağına işarə edirlər. Bu danışıqlar atəşkəsə doğru ilk böyük addım ola bilər. Lakin Kiyev üçün əsas problem Ukraynanın bu danışıqlarda tam iştirak edib-etməyəcəyi və onun maraqlarının necə nəzərə alınacağı sualıdır. Ukrayna nümayəndələrinin iştirakı olmadan aparılan danışıqlar isə Kreml üçün əlverişli, lakin Kiyev üçün qəbuledilməz şərtlərlə münaqişəni “dondurmaq” cəhdinə çevrilə bilər.

C.Məmmədov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see269

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see139

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see132

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see125

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see121

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see119

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see119

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see118

Neymar və het trik

04 Dekabr 2025 09:17see118

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri