Icma.az
close
up
RU
“PUTİN TRAMPI ALDADIB...” Ağ Ev etiraf etdi

“PUTİN TRAMPI ALDADIB...” Ağ Ev etiraf etdi

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“O, bombalama kampaniyasını iyrənc şəkildə gücləndirdi”

Rusiya ilə əldə olunan razılaşmalara və Rusiya başçısının verdiyi sözlərə etibar etməyin yersiz olduğunu deyəsən, ABŞ-nin indiki administrasiyasında daha yaxşı anlamağa başlayırlar. Bunu ABŞ-nin Maliyyə naziri Skott Bessentin son açıqalmalarından da görmək olar.

Bessent “Fox News”-a müsahibəsində Vladimir Putini vədinə əməl etməməkdə günahlandırıb. Nazirin dediyinə görə, Putin Alyaskadakı görüşdən sonra Ukraynanı atəşə tutmağı gücləndirməklə ABŞ Prezidenti Donald Trampı aldadıb.

Onun sözlərinə görə, Putinin hərəkətləri Trampla Alyaskadakı “tarixi görüşdə” dediyi niyyətlərə uyğun gəlmir: "Putin, Ankoricdəki görüşdə, eləcə də Avropa liderləri və Zelenski Ağ Evdə olarkən aparılan telefon danışığında açıq ifadə etdiyinin sonradan tam əksini etdi. Faktiki olaraq, o, (Ukraynanı)bombalama kampaniyasını iyrənc bir şəkildə gücləndirdi".

Nazirin açıqlamasından belə aydın olur ki, nəjayət, Putinin bu davranışına və faktiki olaraq Trampı aldatdığına görə, ABŞ Rusiyaya qarşı daha ağır sanksiyalar tətbiq etməyə hazırlaşır. Bununla bağlı Vaşinqton bu həftə Rusiyaya qarşı sanksiyaların bütün mümkün variantlarını nəzərdən keçirir.

Nazir qeyd edib ki, Tramp Moskvaya sanksiya təzyiqi üçün “bütün variantlar”a hazırdır: "Düşünürəm ki, bu həftə onları çox diqqətlə öyrənəcəyik".

Xatırladaq ki, avqustun 15-də Tramp Alyaskanın Ankoric şəhərində Putinlə zirvə görüşü keçirib və üç saatlıq danışıqlardan “əhəmiyyətli irəliləyiş” əldə edildiyini açıqlayıb. Heç bir konkret rəsmi razılıq əldə olunmasa da, o bildirib ki, indi “hər şey Zelenskidən asılıdır”.

Avqustun 18-də Zelenski müharibənin dayandırılmasını müzakirə etmək üçün Trampla görüşə - Vaşinqtona gəlib. Ukrayna Prezidenti vurğulayıb ki, Kiyev və onun tərəfdaşları eyni dərəcədə bu müharibəni tez və etibarlı şəkildə bitirmək istəyirlər.

Ağ Evdə Avropa liderləri ilə danışıqlardan dərhal sonra Tramp Kremlə zəng edib. Putinlə söhbətdən sonra Tramp bildirib ki, Rusiya və Ukrayna arasında ikitərəfli format, daha sonra isə ABŞ-nin iştirakı ilə üçtərəfli formata keçid təklif olunub.

Lakin Rusiya tərəfi bunu təsdiqləməyib. Əvəzində, avqustun 28-də Kiyevə ağır raket zərbələri endirib. İyirmidən çox insan, o cümlədən uşaqlar, tələbələr, həkimlər və mədəniyyət xadimləri bu terror hücumunun qurbanı olublar. Təkcə Darnitski rayonunda bir beşmərtəbəli binada 23 nəfər həlak olub. Avqustun 31-də isə Tramp artıq Rusiya və Ukrayna liderləri arasında ikitərəfli danışıqların perspektivlərinə şübhə ilə yanaşdığını deyib.

Hələlik görünən odur ki, Putin doğrudan da işğalı, qanlı hərbi cinayətləri davam etdirməklə vaxt uzatmaq və eyni zamanda da Trampın “başını qatmaq” üçün hər dəfə müxtəlif bəhanə və təkliflərlə çıxış edərək, istədiyinə nail olur. Tramp isə bütün bu oyunlarda alət olmağa könüllü şəkildə razılıq verir...

Cəlal Məmmədli

“AzPolitika.info”     

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Sentyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri