Icma.az
close
up
RU
Putin Trampı barmağına dolayıb AÇIQLAMA

Putin Trampı barmağına dolayıb AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Putin Trampı barmağına dolayıb. Artıq Tramp ilə Putin arasında 3-cü dəfədir ki, danışıqlar olur, amma müharibənin dayandırılması ilə bağlı heç bir addım atılmır. Putin məsələni uzadır, hər şeyi Ukraynanın üzərinə atır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə sonuncu telefon danışığını şərh edərkən bildirdi.

"Bu gün NATO ölkələrinin nümayəndələri yığışıb ciddi müzakirələr aparırlar. Ola bilsin ki, onlar Ukraynaya daha böyük həcmdə silah-sursat köməkliyi göstərəcəklər. Hesab edirəm ki, Tramp da daxildəki, yəni ABŞ-dəki senatorlara tab gətirə bilməyəcək və nəhayət, o, Rusiyaya qarşı ciddi sanksiyaların qəbul olunmasına imza atacaq.

Çünki indiyə qədər məhz elə Trampın sayəsində Putin yenidən hegemonluq edib, hücumlar etməyə başladı. Bu da bütün dünyanın gözü qarşısında baş verib. Trampın apardığı bu siyasətə qarşı həm Avropa liderlərinin, həm də digər ölkələrin liderləri kəskin etirazını bildirirlər.

Eyni zamanda, onun apardığı bu siyasət həm də daxildə bəyənilmir. Ona qarşı çox narazılıqlar var. Onun Fələstində apardığı qırğınlara görə, Trampın Rusiyada açıq apardığı bu siyasətə görə ABŞ-nin 1200-dən çox ərazisində etiraz mitinqləri oldu.

Bütün bunlar təbii ki, təsir göstərir ki, Zelenskiyə diktator, Putinə "yaxşı oğlan" deyən, sonradan fikrini dəyişib Putin üçün "başı xarab olub, nə etdiyini bilmir" deməsi siyasi ziddiyyətlərin nəticəsidir", - deyə o qeyd etdi.

Politoloq bildirdi ki, Avropa ölkələrində Trampın Rusiyanın agenti olması ilə bağlı ciddi yazılar və yoxlamalar gedir və Tramp Rusiyaya tərəf durmaqla özünü ifşa edir.

"Ona görə hesab edirəm ki, yaxın zamanlarda əgər Tramp öz siyasətini dəyişməsə, Amerikada ona qarşı ciddi çıxışlar olacaq, senatorların Rusiyaya qarşı hazırladığı sanksiyalar qəbul olunacaq – Trampın vetosuna baxmayaraq.

Bundan sonra da düşünürəm ki, Tramp hakimiyyətdə qalmaq üçün çalışacaq, amma buna nail ola bilməyəcək. Çünki həm respublikaçılar, həm də demokratlar Rusiyanın apardığı siyasətə qarşıdırlar. Onlar Ukraynada mülki əhalinin qırılmasına qarşı ayağa qalxıblar.

Bununla da Trampla Putinin danışıqları nəticə vermir, Putin danışıqları dayandırmır. Ona görə də bu danışıqlar əbəsdir. Digər tərəfdən də, Rusiya Trampla olan ikinci danışığından və İstanbulda olan görüşdən sonra Ukraynaya qarşı daha da aqressivləşdi. Ukraynanı bombardman edib, raket hücumları edirlər.

Məncə, Tramp artıq Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Əks halda hakimiyyətdə qalması mümkünsüz olacaq",- deyə Elşad Həsənov qeyd etdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri