Icma.az
close
up
RU
Putin Trampı oyuna salır Politoloq

Putin Trampı oyuna salır Politoloq

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Verilən növbəti möhlətin bitməsilə Tramp Rusiyaya qarşı konkret addımlar atmayaraq, Putinlə danışıqlar məsələsini yenidən gündəmə gətirəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə Ukrayna müharibəsini dayandırmaq üçün verdiyi növbəti iki həftəlik möhlətin sentyabrın 1-də bitməsi fonunda hansı addımlar ata biləcəyini şərh edərkən deyib. 

"Düşünürəm ki, növbəti möhlət limitinin bitməsilə Tramp yenidən Putinlə təcili danışıqlar aparmaq niyyətini gündəmə gətirəcək. Vaxtı növbəti dəfə uzatmaqla Moskvaya qarşı konkret ciddi tədbirlər görməyəcək. Bu isə Konqres və Senatda narazılığa səbəb olacaq. Nəticədə isə müharibə hələ bir qədər də uzanacaq", deyə politoloq bildirib.

Ekspert qeyd edib ki, Tramp hər dəfə Putinə güzəştə gedir və verdiyi sözə əməl etmir:

"İlk dəfə verdiyi ultimatum avqustun 8-də başa çatsa da, Tramp Putinə qarşı heç nə etmədi. Əksinə, avqustun 15-də Alyaskada onlar arasında görüş oldu. Amma bu görüşün də heç bir nəticəsi olmadı. Nə müharibə dayandı, nə də Zelenski-Putin görüşü baş tutdu".


Həmsöhbətimiz düşünür ki, Putin müharibəni uzatmaq üçün Trampı oyuna salır:

"Gələn həftənin ilk günü Trampın verdiyi iki həftəlik növbəti möhlət də başa çatır. Ancaq görünən odur ki, Putin hələ də Zelenski ilə görüşdən qaçır. Eyni zamanda, Rusiya Kiyevə qarşı əvvəlki tələblərini irəli sürməkdə davam edir. Lakin Ukrayna da Moskvanın bu tələblərini rədd edir. Ukrayna Konstitusiyası prezident və parlamentə öz torpaqlarını digər ölkələrə vermək səlahiyyəti verməyib. Putin bunları bildiyindən müharibəni uzadır və Trampı oyuna salır. Trampın ABŞ daxilində nüfuzu da aşağı düşməkdədir. Son rəy sorğularına görə, əhalinin cəmi 37 faizi onu dəstəkləyib. Bu nəticənin yaranmasında sözsüz ki, Trampın Kiyevə hərtərəfli dəstək verməməsi və Putinin "çaldığı mahnıya” oynaması da öz sözünü deyib".

Qeyd edək ki, üzümüzə gələn həftənin birinci günü ABŞ prezidenti Donald Trampın Rusiyaya Ukraynadakı müharibəni dayandırmaq üçün verdiyi növbəti iki həftəlik möhlət başa çatır. Buna baxmayaraq, Rusiya prezidenti hələ də həm Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlara getməkdən qaçır, həm də münaqişəyə son vermək istəmədiyini ortaya qoyur. Belə olan halda sentyabrın 1-dən sonra əsas məsələ Tramp bu dəfə hansı addımlar atacağı məsələsi olacaq.

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Avqust 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri