Putin Trampın çağırışına məhəl qoymadı Rusiya yeni mərhələyə keçir
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Rusiya prezidenti Vladimir Putin Ukraynanın müdafiəsinin yaxın aylarda iflasa uğrayacağını düşünür və bu səbəbdən Donald Trampın sülh çağırışlarına əhəmiyyət vermir.
Milli.Az xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələrə istinadən "The New York Times" nəşri yazır.
Putin hesab edir ki, Rusiya cəbhədə üstünlüyü artırıb və Ukrayna əhəmiyyətli güzəştlərə razı olmadıqca, müharibənin dayandırılması real deyil.
Siyasi Texnologiyalar Mərkəzinin analitiki Tatyana Stanovaya bildirir ki, Kreml Ukrayna ilə bağlı hədəflərindən Trampla münasibət naminə geri çəkilmək niyyətində deyil.
Kremlin sözçüsü Dmitri Peskov isə Trampın son tənqidi açıqlamalarını sakit qarşıladıqlarını deyib. O qeyd edib ki, Moskva ABŞ-dan gələn tənqidləri diqqətlə, lakin emosiyalara qapılmadan izləyir.
Qeyd edək ki, bütün bunlara baxmayaraq, Tramp administrasiyası Ukraynaya bəzi silah tədarüklərini bərpa edib. Hazırda göndərilən hərbi yardıma 155 mm-lik artilleriya mərmiləri və dəqiq idarə olunan raketlər daxildir.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 10 İyul 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















