Putin Trampın inauqurasiyasını gözləyir
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında söhbət hələ planlaşdırılmır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Bakupost.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva Amerika liderinin andiçmə mərasimini gözləyir.
“Xeyr, Putin hələlik Trampdan heç bir təşəbbüs görməyib, ən azı inauqurasiyaya qədər gözləyirik, sonra görəcəyik”, - Kreml rəsmisi bildirib.

