Icma.az
close
up
RU
“Putin Trampın köməyi ilə müharibəni bitirmək istəyir” Ekspert Kreml təbliğatını ifşa etdi

“Putin Trampın köməyi ilə müharibəni bitirmək istəyir” Ekspert Kreml təbliğatını ifşa etdi

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

“Rusiyanın nəyi olmasa da, təbliğatı güclüdür. Putin rejimi bu sahədə işini standart media propaqandası metodları ilə deyil, xüsusi xidmət üsulları ilə qurur. Ukrayna müharibəsi haqqında yazanda çox vaxt belə reaksiyalar gəlir: “Boş şeydir, Rusiya ala-ala gedir...” Rusiya təbliğatı bütün dünyada elə təsəvvür yaradıb ki, guya istəsə, sabah Kiyevə girə bilər. Belədirmi?”

”AzPolitika” bildirir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli sosial şəbəkə hesabında yazıb.

“2022-ci ilin noyabr ayından bəri – yəni Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonrakı dövrdə Rusiya ordusunun bütün cəbhə boyu başladığı və hələ də davam edən genişmiqyaslı hücum əməliyyatları nəticəsində itirilən ərazilərin miqyası Ukraynanın ümumi ərazisinin 1 faizindən azdır. Yəni 2 il 9 aylıq (1010 gün) arasıkəsilməz hücumlar nəticəsində Rusiya Ukrayna ərazisinin 0,97%-ni (5 min 842 kv. km) işğal edə bilib. Əlbəttə, bu da az deyil. Lakin Rusiya bu nəticəni 3 ilə yaxın dövrdə ölü-yaralı yüz minlərlə əsgər, on minlərlə hərbi texnika itirərək, maddi baxımdan nəhəng xərclərlə əldə edib”, - deyə ekspert bildirib.

Ş.Cəfərli bildirir ki, hazırda Donbasın təxminən 7 min kv. km ərazisi Ukrayna ordusunun nəzarətindədir:“5842 kv. km ərazini işğal etmək üçün Rusiyaya 2 il 9 ay lazım olubsa, 7 min kv. km ərazini ələ keçirməyə nə qədər vaxt lazımdır? Bəlkə 2 il 9 aydan çox, bəlkə də əksinə, 2 il 9 aydan az, onu bilmirəm. Amma daha yüz minlərlə əsgər itkisinə, yüz milyardlarla dollar xərcə ehtiyac olduğu şübhəsizdir”.

Təhlilçi vurğulayır ki, Ukrayna ordusu İstanbul danışıqlarından sonra 7 ay ərzində 40 min kv. km ərazini işğaldan azad etmişdi. Onun sözlərinə görə, həmin vaxt ABŞ hərbi dəstəyi artırsaydı, qələbə əldə etmək mümkün idi: “Lakin Bayden Putinin nüvə şantajından qorxaraq Ukraynaya hərbi yardımları azaltdı və Rusiyanın toparlanmasına şərait yaratdı...

Rusiyanın resursları böyükdür, amma sərhədsiz deyil. Rusiya, həmçinin Ukrayna bu templə müharibəni uzun müddət davam etdirə bilməzlər. Ona görə də, Putin Trampın köməyi ilə özü üçün mümkün qədər sərfəli şərtlərlə müharibəni bitirmək istəyir. Ukrayna isə ağır olmayan güzəştlərlə və təhlükəsizliklə bağlı tam etibarlı, hər hansı şübhəyə yer qoymayan "dəmir" zəmanətlər əldə etməklə sülhə razıdır”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Avqust 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri