Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Putin Trampla məzələnir, ABŞ ın müttəfiq ölkəsinə dronlar uçurur WSJ

Putin Trampla məzələnir, ABŞ ın müttəfiq ölkəsinə dronlar uçurur WSJ

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp düşünürdü ki, Vladimir Putinlə Ukraynada sülh barədə razılığa gələ biləcək. Lakin səkkiz ay ərzində Kreml rəhbəri sərt eskalasiyadan başqa heç nə təklif etməyib. İndi isə Putin Tramp və NATO-nu məsxərəyə qoyaraq, Polşanın ərazisinə dronlar göndərir.

Qaynarinfo xəbər verir ki, bu sözləri "The Wall Street Journal” yazıb.

Məlumata görə, 10 sentyabr gecəsi 19 Rusiya dronu Polşanın hava məkanını pozub. NATO-nun baş katibi Mark Rütte bu insidenti "tamamilə məsuliyyətsiz” və "ilk dəfə baş verməyən” təxribat adlandırıb.

"Putin hesab edir ki, bu təxribat üçün məsuliyyətdən yayınmaq mümkün olacaq, çünki o, Ukraynanı yüzlərlə raket və dronla bombalayır. Bu isə kifayət qədər real görünür, çünki Trampın əvvəlki addımlarını nəzərə alsaq, o, tez-tez xəbərdarlıqlar edir, müddət qoyur, amma ardını gətirmir. Putin də düşünə bilər ki, hər dəfə ən azı iki həftə vaxt qazanacaq”, – məqalədə qeyd olunur.

Jurnal yazır ki, Putin Çində Çin və Şimali Koreya liderləri ilə görüşdükdən sonra qəsdən Avropa İttifaqının diplomatik obyektlərinə və Kiyevdə Qərbə məxsus digər hədəflərə zərbə endirdi. Daha sonra isə 800 dron və raketlə Ukraynaya hücum etdi, nəticədə mülki şəxslər, o cümlədən körpəsi ilə birlikdə bir ana həlak oldu.

WSJ xatırladır ki, Tramp administrasiyası ABŞ-ın təhlükəsizlik xərclərini Baltik ölkələri üçün azaltmağa meyillidir. Halbuki həmin ölkələr NATO üzvüdür, Putinin təhlükəsini yaxşı anlayır və müdafiəyə böyük vəsait ayırır.

Nəşr yazır ki, administrasiya Avropanı Rusiyadan neft alan ölkələrə qarşı daha çox sanksiya tətbiq etməyə vadar edir, amma eyni məhsulu alan Çinə qarşı hələ də məhdudiyyət qoymayıb. "Tramp hələ də Senatda iki partiyanın dəstəklədiyi, 80-dən çox senator tərəfindən qəbul edilmiş "ikinci dərəcəli sanksiyalar” layihəsini imzalamayıb. Bu yumşaq mövqe bəlkə də Pekinlə böyük razılaşma bağlamaq üçün donkixotvari cəhddir, amma əgər prezident Putinə Ukrayna üzrə özünü aldatmağa imkan versə, bundan asanlıqla əl çəkə bilər”, – məqalədə bildirilir.

Polşaya dronların göndərilməsi, müəllifin fikrincə, ABŞ-ın zəif reaksiya göstərməsinin risklərini açıq ortaya qoyur. Putin göstərir ki, onun imperiya planı yalnız Ukrayna ilə məhdudlaşmır.

"Rusiya ilə NATO arasında birbaşa qarşıdurma bəşəriyyət üçün fəlakət olar, bunu heç kim istəmir. Amma ABŞ-ın zəif cavabı müharibə riskini artırır. Putinin ABŞ-ın müqavilə üzrə müttəfiqi olan Polşaya – burada təxminən 10 min amerikalı hərbçi var – dron göndərə biləcəyini düşünməsi, ABŞ-ın təhlükəsizliyinə birbaşa təhdiddir”, – deyə WSJ əlavə edir.

Nəticə olaraq, nəşr vurğulayır ki, Tramp Putinə necə təzyiq göstərməyi bilir: daha çox sanksiyalar, Ukraynaya daha çox silah və onların istifadəsinə az məhdudiyyət, həmçinin NATO-nun hərbi gücünün artırılması. Əks halda Rusiya alyansı hazırlıqsız yaxalaya bilər.

"Bu gün Polşanın hər tərəfinə səpələnmiş dron qalıqları köhnə bir mesajı təkrarlayır: zəiflik təcavüzü doğurur”, – WSJ yazır.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see346

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see318

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see278

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see268

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see266

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see257

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see254

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see251

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see247

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see243

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see238

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see236

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see231

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see227

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see226

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see222

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see221

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see214

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see213

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri