Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

“Putin Trampla skripkada oynayan kimi oynayır” ABŞ Senatında Trampdan narazılıq artır

“Putin Trampla skripkada oynayan kimi oynayır” ABŞ Senatında Trampdan narazılıq artır

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Rusiya haqqı çatmayanı, Ukrayan isə qaytara bilmədiyini istəyir”

ABŞ Dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələrdə çətin anlar yaşayıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, senatorlar Rubionu Donald Trampın Ukrayna siyasətinin uğursuzluğuna görə sorğu-sual ediblər.

Konqresmen Cinn Şeyxin Donald Tramp administrasiyasının Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün danışıqlar aparmaq səylərinin nəticə vermədiyini qeyd edərək, bu uğursuzluğa görə Trampı tənqid edib. O, Prezident Trampın Vladimir Putinlə bazar ertəsi baş tutan telefon danışığının Ukrayna və müttəfiqlərinin ümid etdiyi kimi, dərhal atəşkəslə nəticələnmədiyini və bunun əvəzində Vladimir Putinin danışıqları davam etdirməyi təklif etdiyini, Trampın da bununla razılaşdığını bildirib.

“Vladimir Putinin indi gördüyü iş vaxt uzatmaqdır.O, prezidentlə skripkada oynayan kimi oynayır” – deyə, qeyd edib.

Rubio bu iddia ilə razılaşmayaraq Trampın müharibəni bitirməyə çalışdığını deyib. Problemin mahiyyətini açıqlamağa çalışan Rubio deyib: “Rusiya hazırda sahib olmadığını və haqqı olmayanı, Ukrayna isə hərbi yolla geri ala bilmədiklərini istəyir. Və problemin məğzi budur”.

O, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbuldakı danışıqları müsbət addım adlandırıb, lakin Ağ Evin hələ də “sülhə doğru addımlar görmədiyini” etiraf edib.

Rubio qeyd edib ki, Donald Trampla telefon danışığı zamanı Putin Vaşinqtona Ukraynada atəşkəslə bağlı şərtlərini çatdıracağına söz verib: "Bizim anlayışımız odur ki, ruslar atəşkəs şərtlərini yazacaqlar. Bu, daha geniş danışıqlara imkan verəcək. Biz bu şərtləri gözləyirik və bu şərtləri görəndə cənab Putinin hesablamalarını daha yaxşı başa düşəcəyik".

Rubio Trampın müharibəyə son qoymaq səylərini müdafiə edib, həmçinin Amerika Prezidentinin Moskvaya qarşı sanksiyalar tətbiq etmək istəməməsinə haqq qazandırıb: "O, sülh istiqamətində hər iki tərəfə təsir etmək qabiliyyətini mümkün qədər uzun müddət saxlamaq istəyir ".

Xatırladaq ki, mayın 19-da ABŞ Prezidenti ilə Kreml rəhbəri arasında iki saatlıq telefon danışığı olub. Avropalı müttəfiqlər Trampın Putinlə söhbətdən Rusiyaya təzyiqi artırmaq, o cümlədən yeni sanksiyalar tətbiq etmək üçün istifadə edəcəyini gözləyirdilər, lakin o, bundan çəkindi.

Amerika lideri Putinlə söhbətini “əla” adlandırıb və deyib ki, Kiyev və Moskva dərhal atəşkəslə bağlı sülh danışıqlarına başlayacaq. Putin isə atəşkəsin “yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra” mümkün olduğunu deyib və faktiki olaraq ABŞ-nin təklifini yenidən rədd edib.

Qərb mediası yazıb ki, Trampın Rusiyaya qarşı yumşaq mövqeyi Avropa liderlərinin narahatlığına səbəb olub. Daha sonra Tramp jurnalistlərə deyib ki, o, Putinin sülhə sadiq olduğuna inanır və o, yalnız sülh danışıqlarına zərər vermək istəmədiyi üçün sanksiyalar tətbiq etmir.

Bu nəticəsiz və uzandıqca uzanan söhbətlər, danışıqlar fonunda isə Rusiyanın Ukraynaya hücumu və dinc şəhərlərin bombalanması tam sürətilə davam edir. Rusiya açıq-aşkar böyük yay hücumu kampaniyasına hazırlaşır…

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 May 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see389

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see172

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see153

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see149

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see145

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see143

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see137

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri