Icma.az
close
up
RU
Putin üçün kritik 4 saat: müsbət cavab verildi Kremldə nə yaşanıb?

Putin üçün kritik 4 saat: müsbət cavab verildi Kremldə nə yaşanıb?

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putinin ötən gün ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerlə görüşü təxminən dörd saat davam edib.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşün konstruktiv keçdiyini bildirib. Onun sözlərinə görə, Putin, Uitkoff və Kuşner arasındakı söhbəti son dərəcə açıq və etimada əsaslanan bir dialoq kimi xarakterizə etmək olar.

Məlumata görə, Putin ABŞ nümayəndələri ilə görüşdə Ukrayna münaqişəsinin həlli, Əbu-Dabidə işçi qrupunun iclası, Sülh Şurası və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, görüş konstruktiv və səmimi kimi təqdim edilsə də, Yuri Uşakovun açıqlamaları müəyyən ziddiyyətli məqamların mövcudluğunu göstərir:

“Uşakov qeyd edir ki, müzakirə hər cəhətdən faydalı olub. Lakin tərəflərin mediativ görüşlə bağlı açıqladıqları nəticələr fərqlidir. Rusiya tərəfi açıq şəkildə “qırmızı xətti” kimi gördüyü ərazi məsələsinin həll edilməyəcəyi müddətdə sülhün mümkün olmadığını vurğulayır.

Ərazi məsələsi nə deməkdir? Qərb hesab edir ki, Rusiya qanunsuz şəkildə ilhaq etdiyi əraziləri geri qaytarmalıdır. Moskva isə bu ərazilərin onun nəzarətində qalmalı olduğunu bildirir. Bu iki mövqe bir-birindən köklü şəkildə fərqlənir və strateji baxımdan heç bir ortaq nöqtə yoxdur.


Əziz Əlibəyli

İkinci məsələ Rusiyanın Sülh Şurasına qoşulma dəvətinə müsbət cavab verməsi ilə bağlıdır. Lakin Kremlin adından danışan Uşakovun, “Rusiya silahlı qüvvələri Ukrayna ilə bağlı təkliflər qəbul edilənə qədər hərbi əməliyyatları ardıcıl şəkildə davam etdirəcək”  fikri göstərir ki, əslində heç nə dəyişməyib.

Hazırda yalnız iki nəticədən danışmaq olar: Rusiyanın Sülh Şurasına qoşulması və Əbu-Dabidə Ukrayna–ABŞ–Rusiya nümayəndələrinin görüşü ilə bağlı razılaşmanın əldə olunması.

ABŞ hesab edir ki, hər iki tərəf razılığa gəlmək niyyətindədir və bu modeldə hamı müəyyən güzəştlərə getməlidir. Lakin reallıqda heç bir güzəşt yoxdur və tərəflərin istəklərindən heç biri tam şəkildə gerçəkləşmir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 Yanvar 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri