Icma.az
close
up
RU
“Putin üçün tribunal Avropa Şurasının əsasında yaradılacaq“ “Deutsche Welle“

“Putin üçün tribunal Avropa Şurasının əsasında yaradılacaq“ “Deutsche Welle“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ukraynaya qarşı təcavüz cinayətinə görə Rusiyanın ali siyasi və hərbi rəhbərliyi məsuliyyətə cəlb ediləcək..."

Avropa İttifaqı Rusiya tərəfindən törədilmiş təcavüz cinayətləri ilə bağlı xüsusi tribunalın yaradılmasında irəliləyiş əldə edildiyini bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Welle" nəşri yazıb.

Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü ilə bağlı xüsusi tribunal artıq 2025-ci ildə yaradıla bilər. Nəşrin məlumatına görə, Brüsseldə keçirilən Xüsusi Tribunalın yaradılması üzrə Əsas Qrupun 13-cü görüşünün iştirakçıları təsis sənədinin hazırlanmasında əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib. Sənədin Sənədin artıq bu ilin yazında imzalanması gözlənilir.

Avropa Şurasının Baş katibi Alen Berse tribunalın məhz bu təşkilat çərçivəsində yaradılacağını və 2025-ci ildə fəaliyyətə başlaya biləcəyini açıqlayıb:

"Avropa Şurası çərçivəsində xüsusi tribunalın yaradılması beynəlxalq tərəfdaşlarımıza, xüsusilə Ukraynaya və Avropa İttifaqına insan hüquqlarının qorunması və qanunun aliliyi sahəsindəki təcrübəmizdən tam istifadə etməyə imkan verəcək".

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas digər dövlətləri də tribunalın yaradılması üçün əməkdaşlığa çağırıb. Hazırda bu qrupa 41 ölkə, həmçinin Avropa Komissiyası, Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Şurası daxildir.

O, həmçinin ABŞ prezidenti Donald Trampın Putinlə mümkün danışıqları fonunda tribunalın təsirini izah edib: "Hətta ABŞ prezidenti sülh danışıqlarına nail olsa belə, tribunalın işini davam etdirmək lazımdır ki, günahkarlar məsuliyyətə cəlb edilsin və Ukraynada ədalətli sülh bərqərar olsun".

"Biz təcavüz cinayətinin cəzasız qalmasına icazə verə bilmərik. Xüsusi tribunal həm də Putinə və onun rejiminə təzyiq vasitəsidir ki, onlar bu müharibəni dayandırsın. Bu, eyni zamanda, digər təcavüzkarlar və qonşu ölkələrə hücum etmək niyyətində olanlara verilən siqnaldır. Bu səbəbdən belə addımlar vacibdir, danışıqlar aparmaq isə hər kəsin öz qərarıdır".

Rusiya Federasiyasının təcavüz cinayətləri üzrə tribunal - bəlli olanlar

Bundan öncə xəbər verildiyi kimi, Rusiyanın təcavüz cinayəti üzrə xüsusi tribunalı Haaqada yerləşəcək. Bu, 2024-cü ilin yazında Ukrayna ilə Niderland arasında imzalanmış təhlükəsizlik sazişində qeyd olunub.

Ukraynanın BMT-nin Beynəlxalq Məhkəməsindəki nümayəndəsi Anton Korineviç bildirib ki, tribunal müharibə bitməmiş işə başlaya bilər.

"Təcavüz cinayəti xüsusi cinayətdir. Bu, təcavüzkar müharibəyə başlamaq və onu davam etdirmək əmrlərini verə bilən şəxslərin cinayətidir. Buna görə də təcavüz cinayətinə görə məsuliyyətə Rusiya Federasiyasının ali siyasi və hərbi rəhbərliyi cəlb olunmalıdır", - Korineviç qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Fevral 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri