Putin Uitkoffla nələri müzakirə edəcək? Uşakov açıqladı
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Rusiya Prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda ABŞ Prezidentinin elçisi Stiv Uitkoffla görüşəcək.
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
TASS-ın məlumatına görə, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev və Uitkoff artıq danışıqlar aparmaq üçün Konstantin Sarayına gəliblər.
Uşakovun sözlərinə görə, bu görüş bir neçə gün əvvəl razılaşdırılıb. Rusiya Prezidentinin köməkçisi vurğulayıb ki, Ukrayna münaqişəsinin həlli danışıqlar gündəliyində əsas mövzulardan biri olacaq. Uşakov həmçinin qeyd edib ki, Rusiya nümayəndələri bu danışıqlarla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski ilə heç bir əlaqə saxlamayıblar.
Xatırladaq ki, Uitkoff Rusiyaya Ukrayna Prezidenti ilə görüşdüyü Norveçdən gəlib. ABŞ Dövlət katibi Marko Rubio Uitkoffun Zelenski ilə görüşünün müsbət olduğunu və nəticələrin Rusiya ilə bölüşüləcəyini bildirib.
Zelenski isə bir gün əvvəl ABŞ və Ukraynanın Norveçdə Kiyev üçün təhlükəsizlik zəmanətləri də daxil olmaqla, Ukraynadakı müharibəyə son qoymaq üçün bir sıra təkliflər barədə razılığa gəldiyini açıqlayıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 21 Oktyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















