Icma.az
close
up
RU
“Putin Ukrayna müharibəsinə görə artan təzyiqlə üzləşir“ “Bloomberg“

“Putin Ukrayna müharibəsinə görə artan təzyiqlə üzləşir“ “Bloomberg“

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Kremlin üzərində hərbi, iqtisadi və siyasi təzyiqləri getdikcə artırır. 

Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri yazıb.

Nəşr yazır ki, döyüşlərin uzanması, Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr və iqtisadi problemlər Vladimir Putinin vəziyyətini əvvəlki illərlə müqayisədə daha mürəkkəbləşdirib.

Ukraynanın uzaqmənzilli zərbələri Rusiyanı çətin vəziyyətə salır

Nəşrin məlumatına görə, müharibə artıq cəbhə xətti ilə məhdudlaşmır. Ukrayna uzaqmənzilli pilotsuz uçuş aparatları və raketlərlə Rusiyanın dərinliklərində yerləşən neft emalı zavodlarını, yanacaq infrastrukturunu və digər strateji obyektləri hədəfə alır.

Nəşrin təhlilinə əsasən, 2026-cı ildə Rusiya əhalisinin 70 faizdən çoxunun yaşadığı regionların yarısından çoxunda ən azı bir dəfə hava həyəcanı elan edilib. Rusiya hərbi rəhbərliyi də Ukraynanın artan dron hücumlarından müdafiənin getdikcə çətinləşdiyini etiraf edir.

Yanacaq qıtlığı və iqtisadi problemlər dərinləşir

Məqalədə qeyd olunur ki, Ukraynanın təkrarlanan zərbələri nəticəsində Rusiyanın yanacaq sənayesi ciddi zərər görüb. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, iyunda Rusiyada gündəlik neft emalı həcmi ötən ilin eyni dövründəki 5,4 milyon bareldən 3,8 milyon barelə enib.

Ölkənin bir çox bölgəsində yanacaq qıtlığı yaranıb, tədarükdə fasilələr və məhdudiyyətlər benzinin bahalaşmasına səbəb olub. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranır, eyni zamanda qeyri-qanuni yanacaq bazarı da genişlənir. Bu vəziyyət sentyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində Kreml üçün əlavə risk hesab olunur.

Nəşr bildirir ki, Rusiya iqtisadiyyatı da faktiki olaraq dayanma mərhələsinə daxil olub. Hərbi istehsal artsa da, mülki sənaye sahələrində istehsal və investisiyalar azalır. Yüksək hərbi xərclər inflyasiyanı artırdığı üçün Mərkəzi Bank yüksək faiz dərəcələrini saxlamaq məcburiyyətində qalır.

Diplomatik uğursuzluq və Putinin reytinqinin enməsi

Nəşr yazır ki, Kremlin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ukrayna üzrə danışıqlarda güzəştlər əldə etmək ümidləri də doğrulmayıb. Nəticədə Moskvanın diplomatik gözləntiləri özünü doğrultmayıb, müharibənin uzanması isə Rusiyanın hərbi və iqtisadi xərclərini daha da artırıb.

Bunun fonunda Vladimir Putinin reytinqində də azalma müşahidə olunur. VTsİOM-un sorğusuna əsasən, iyulun əvvəlində ona etimad səviyyəsi 72,3 faizə enib. Apreldə isə bu göstərici müharibə başlayandan bəri ən aşağı hədd - 71 faiz olub. 

Müstəqil "Levada" Mərkəzinin sorğusu da prezidentin fəaliyyətinə dəstəyin və ölkənin düzgün istiqamətdə inkişaf etdiyini düşünənlərin sayının müharibə dövrünün ən aşağı səviyyəsinə düşdüyünü göstərib.

Nəşr bunu Ukraynanın pilotsuz uçuş aparatları və raket hücumlarının gündəlik həyata təsirinin artması, mobil internet məhdudiyyətləri və təhlükəsizlik məqsədilə tətbiq olunan fasilələrin Rusiya cəmiyyətində narazılığı gücləndirməsi ilə əlaqələndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 İyul 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri