Icma.az
close
up
RU
Putin Ukrayna üçün uyğun variantı təklif etdi Atəşkəs, ardınca isə..

Putin Ukrayna üçün uyğun variantı təklif etdi Atəşkəs, ardınca isə..

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Danışıq zamanı Rusiya və Ukrayna arasında sülhün təmin olunması üçün son diplomatik səylər müzakirə olunub.

Rusiya Prezidenti Vladimir Putinin İstanbul platforması çərçivəsində Ukrayna ilə danışıqlara razı olması fonunda bu istiqamətdə prosesin sürətləndiyi müşahidə olunur.

ABŞ vasitəçilik missiyasından belə tez vazkeçəcək?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ukrayna ilə Rusiya arasında aparılan danışıqlarda ABŞ-ın vasitəçiliyi müəyyən qədər suallar doğurur:

“Rusiyada bir sıra dairələr bu vasitəçiliyi qəbul etmir və Putinə təzyiq göstərirdilər ki, ABŞ-ın vasitəçilik təşəbbüsündən imtina etsin. Vladimir Putin isə vəziyyəti nizamlamaq üçün ABŞ və İran arasında aparılan danışıqlarda Rusiyanın vasitəçi olmasını təklif etdi, lakin hər iki tərəf Omanın vasitəçiliyini qəbul etdi. Bu, Rusiyada da bəzi suallar yaratdı. Ona görə də, hazırda ABŞ-ın vasitəçiliyi ilə yekun sülhün əldə olunması ziddiyyətli prosesdir”.

Politoloq bildirib ki, Rusiya-Türkiyə münasibətləri daha yaxın xarakter daşıyır və bundan əvvəl bir sıra mühüm məsələlərdə, o cümlədən Taxıl sazişi, əsirlərin mübadiləsi, Azov döyüşçülərinin təhvil verilməsi və digər məsələlərdə Türkiyə uğurlu vasitəçilik edib:

“İstanbul formatı çox uğurlu idi. Bu səbəbdən Putin Ukrayna üçün də uyğun olan həmin formatı təklif etdi. Türkiyənin, xüsusilə də prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynada nüfuzu kifayət qədər yüksəkdir.

Hazırda Putin danışıqlarda psixoloji üstünlüyü ələ keçirib. Putinin bu təklifindən sonra Zelenski onu birbaşa danışıqlara dəvət etdi və bildirdi ki, Putin danışıqlarda şəxsən iştirak etsin. Amma bu tələbin reallaşacağı ehtimalı azdır. Danışıqlarda Rusiyanı prezidentin köməkçisi Yuri Uşakovun təmsil etməsi gözlənilir. Ukrayna tərəfindən isə xarici işlər nazirinin iştirak edəcəyi ehtimal edilir. Vasitəçi qismində isə Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı nəzərdə tutulur”.

Politoloq vurğulayıb ki, danışıqlarda Türkiyənin rolu olduqca müsbətdir:

“ABŞ danışıqlarda bitərəf mövqe sərgiləyərək iştirak edə bilər. ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlamadan belə başa düşülür ki, o, yekun sülhün əldə olunması istiqamətində İstanbul danışıqlarında iştirak etmək niyyətindədir. Hazırda daha çox rəsmi nümayəndələr səviyyəsində görüşlərin keçirilməsi gözlənilir. Liderlərin iştirakı planlaşdırılmır. İlk növbədə atəşkəsin əldə olunması, ardınca isə ərazi məsələsi gündəmə gətirilə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri