Putin: Ukraynadakı münaqişənin həll ilə bağlı şərtlər dəyişməz qalır
Icma.az bildirir, Apa.az portalına istinadən.
Ukraynadakı münaqişənin həll ilə bağlı 2024-cü ilin iyununda səsləndirdiyim şərtlər dəyişməz qalır.
APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Rusiyanın dövlət başçısı Vladimir Putin deyib.
O həmçinin Ukraynadakı hərbi əməliyyatların məqsədləri barədə də danışıb.
Rusiya lideri vurğulayıb ki, əsas hədəf bu ölkədəki böhranın aradan qaldırılması və Rusiyanın təhlükəsizliyinin təminatıdır.
Vladimir Putin şəxsən özünün Ukraynada uzunmüddətli sülhün tərəfdarı olduğunu bəyan edib. Onun toxunduğu daha bir məsələ Rusiya və Ukraynanın təhlükəsizliyi ilə bağlı olub.
Kremlin rəhbəri bu məsələnin ümumilikdə Avropanın təhlükəsizliyi kontekstində həll edilməli olduğunu da söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 01 Avqust 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















