Icma.az
close
up
RU
“Putin Ukraynanı itirən lider olmaqdan qorxur” “The Atlantic Council” analitiki

“Putin Ukraynanı itirən lider olmaqdan qorxur” “The Atlantic Council” analitiki

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müdaxilə Kremlin uzun illərdir Ukraynanı öz orbitində saxlamaq cəhdlərinin ən son və ən radikal mərhələsidir. Lakin müharibənin beşinci ilinə yaxınlaşarkən, Putinin sərt taktikasının işlədiyini göstərən çox az əlamət var.

Bu barədə "The Atlantic Council" analitiki Piter Dikinsin müəllifi olduğu məqalədə bildirilir.

Qeyd olunur ki, Rusiya Ukrayna ərazisinin təxminən 20 faizini işğal etsə də, ölkənin qalan 80 faizində əhali Moskva ilə münasibətə qarşı kəskin şəkildə mənfi mövqedədir və Avropaya daha sıx inteqrasiyanı dəstəkləyir:"2014-cü ildən bəri Donetsk və Luqansk kimi Rusiyanın ənənəvi təsir mərkəzləri işğal altındadır və ölkənin qalan hissəsindən faktiki olaraq qopub. Buna qarşılıq olaraq, Ukraynanın qərbində, xüsusilə Lvov şəhərində sürətli inkişaf müşahidə olunur. Lvovun əhalisi müharibədən bəri təxminən 25% artaraq bir milyon nəfərə yaxınlaşıb. Şəhərin daşınmaz əmlak sektoru şərq regionlarını üstələyib və artıq Kiyevlə rəqabət aparır. Yeni şirkətlər və investisiyalar baxımından Lvov, ölkədə Kiyevdən sonra ikinci yerdədir".

Müəllif hesab edir ki, müharibənin nəticəsi necə olursa olsun, Ukraynanın milli ağırlıq mərkəzinin ölkənin qərbinə sürüşməsi artıq geri dönməzdir. Buna həm Rusiyanın davam edən hücumu, həm də Avropa İttifaqına inteqrasiya prosesi təsir edir.

Bildirilir ki, Ukraynanın Aİ-yə nə vaxt tam üzv olacağı dəqiq bilinməsə də, ölkədə bu prosesin qaçılmaz olduğuna dair inam sürətlə artır.

Məqalədə qeyd olunur ki, Putinin Ukrayna ilə bağlı obsesiyası onun əsas qorxusundan qaynaqlanır:“Artıq açıq görünür ki, Putinin Ukraynaya hücum qərarı böyük bir fiaskoya çevrilib. Bu, Rusiyanın bölgədə çoxəsrlik təsirini zəiflədib və onun qarşısını almağa çalışdığı Avropa inteqrasiyasını sürətləndirib”.

Dikinsinə görə, Putin bilir ki, əgər Ukraynanın milli kimliyini tamamilə məhv edə bilməsə, ölkə müharibədən sonra qəti şəkildə Qərbin bir hissəsi olacaq və Rusiyaya qarşı düşmən mövqeyini qoruyacaq.

“Əgər Putin indi dayanıb kompromis sülhə razılaşsa, o zaman Rusiya tarixində Ukraynanı itirən lider kimi qalacağını anlayır. Buna görə də o, müharibəni sonsuz olaraq davam etdirməyə çalışacaq”, – deyə müəllif vurğulayır.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri