Icma.az
close
up
RU
Putin Ukraynaya görə məşhur lideri qurban verib? Müəmmalı telefon danışığı

Putin Ukraynaya görə məşhur lideri qurban verib? Müəmmalı telefon danışığı

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp ötən həftə Venesuela lideri Nikolas Maduro ilə telefonla danışıb. Tərəflər mümkün ikili görüş barədə fikir mübadiləsi aparıblar. Lakin hələlik belə bir görüşün baş tutacağına dair rəsmi məlumat yayılmayıb.

Maraqlıdır ki, ABŞ-ın Venesuelaya məxsus olduğu iddia edilən narkotik daşıyan gəmilərə raket hücumu son aylarda iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Xüsusilə Trampın Maduro hakimiyyətini devirmə planlarının olduğuna dair iddialar fonunda belə bir telefon danışının baş tutması, o cümlədən görüş açıqlaması diqqət çəkir.

Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, Maduro üçün artıq yolun sonu görünür:

“Fikrimcə, o da reallığın fərqindədir və məhz buna görə belə bir telefon danışığı baş tutub. Venesuela prezidenti Ukraynanın keçmiş lideri Viktor Yanukoviç və Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin taleyini yaşaya bilər. Yəni son ümid yeri kimi Rusiyaya üz tutması mümkündür.

Maduronun ölkəsi təbii sərvətlərinə görə olduqca zəngindir. Vaşinqtonun əsas məqsədi məhz həmin sərvətləri ələ keçirməkdir. Bunu zaman-zaman ABŞ-ın Əfqanıstan, İraq, Liviya, Misir və digər ölkələrdəki fəaliyyətində müşahidə etmişik. Mövcud şəraitdə Rusiyanın Maduronu sona qədər qoruyacağı ehtimalı da kifayət qədər az görünür. Bu isə onu daha da çətin vəziyyətə salır.


Cavanşir Abbaslı

Rusiya Prezidenti Vladimir Putin Trampın bilavasitə rolu ilə Ukrayna üzrə hədəflərini reallaşdırmaq üzrədir. Ola bilsin ki, hətta Venesuela və onun liderinin taleyi ilə bağlı tərəflər arasında müəyyən razılaşmalar da əldə edilib. Bu ehtimal kifayət qədər realdır. Çünki Putin üçün hazırda əsas hədəf Ukraynadır.

Maduro da bütün bunları hesablayaraq belə bir addımı ata bilər. İstənilən halda, düşünürəm ki, telefon danışığının baş tutması Maduro üçün böyük uğurdur. O, Amerikanın müəyyən şərtlərini qəbul etməklə hakimiyyətinin ömrünü uzada da bilər. Unutmayaq ki, Venesuela lideri zəif siyasətçi deyil. Sonrakı prosesləri gözləmək lazımdır. Hər şey bu telefon danışığından sonra atılacaq addımlardan və əgər baş tutarsa  Tramp–Maduro görüşündən asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri