PUTİN UZUN SUSQUNLUQDAN SONRA DANIŞDI Trampa söz atdı, ancaq...
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amma Venesuela və tankerlər barədə susdu…
Adətən tez-tez kameralar qarşısına çıxan Vladimir Putin Venesuela Prezidenti Nikolas MaduronunABŞ tərəfindən oğurlanması, ardınca isə Rusiya tankerlərinin ələ keçirilməsindən sonra “qeyb olmuşdu”. Nəhayət, dünən üz-araya çıxan Putin çoxlarının gözlədiyinin əksinə olaraq, bu mövzulara ümumiyətlə toxunmadı.
Kremldə xarici səfirlərə etimadnamələrin təqdim edilməsi mərasimində ictimaiyyət qarşısında çıxış edən Putin, son bir il yarım ərzində (2025-ci ilin may və 2024-cü ilin oktyabr aylarında) iki dəfə görüşdüyü və Rusiyanın "dostu" və "etibarlı tərəfdaşı" adlandırdığı Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən oğurlanması ilə bağlı heç nə demədi.
Putin həmçinin Venesuela neftinin daşınması üçün istifadə edilən Rusiya “kölgə donanması”na məxsus tankerlərin saxlanılması ilə bağlı da susdu. Kremlin mətbuat katibi Dmitri Peskov da dünən Yeni ildən sonrakı ilk brifinqində Venesueladan bəhs etmədi.
Səfirlərə müraciət edən Putin sadəcə, beynəlxalq arenada vəziyyətin "getdikcə daha da pisləşdiyini" bildirdi: "Konsensus və kompromis həllər axtarışı getdikcə birtərəfli və olduqca təhlükəli hərəkətlərlə əvəz olunur. Dövlətlər arasında dialoq əvəzinə, güc qanunu ilə öz iradəsini diktə etməyi, başqalarına dərs deməyi və əmr verməyi məqbul hesab edənlərin monoloqunu eşidirik".
Bunu özü Ukraynaya qarşı işğalçılıq müharibəsi aparan və beynəlxalq qanunları tapdalayan Putindən eşitmək əlbəttə ki, qəribədir…
Bununla o, ABŞ Prezidenti Donald Trampa söz atsa da, adını çəkməyə çəsarət etməyib.
Vəziyyətlə tanış olan bir mənbə “Bloomberg”-ə bildirib ki, Maduroya qarşı əməliyyat Moskvanı qəzəbləndirib, lakin Vaşinqtonla münasibətlər Kreml üçün Madurodan daha vacibdir. Onun sözlərinə görə, Kreml Venesuelada dost rejimin itirilməsini fəlakət hesab etmir. “Bloomberg” mənbəyi vurğulayıb ki, daha ciddisi İranla bağlı vəziyyətdir. İran Rusiya üçün əsas hərbi tərəfdaşdır və Ukraynada müharibənin başlanğıcından bəri onu 3 milyard dollar dəyərində raket və dronla təchiz edib. Lakin agentliyin mənbəyi bildirib ki, buna baxmayaraq, Rusiyanın İranda baş verənlərə müdaxilə etməsi ehtimalı azdır və çox güman ki, Moskva rejimə özünün sözdə rəsmi dəstəyini ifadə etməklə kifayətlənəcək.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 16 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















