Putin və bin Salman Yaxın Şərqi müzakirə etdilər
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Hər iki tərəfdən hərbi əməliyyatların tezliklə dayandırılmasının və bütün tərəflərin qanuni maraqları nəzərə alınmaqla münaqişənin uzunmüddətli həlli üçün siyasi-diplomatik səylərin fəallaşdırılmasının zəruriliyi vurğulanıb", - məlumatda bildirilib.
V.Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Yaxın Şərqdəki böhranın qlobal enerji təhlükəsizliyinə mənfi təsir göstərdiyini qeyd ediblər.
Onlar Yaxın Şərqdəki böhran fonunda neft bazarının sabitləşdirilməsi üzrə "OPEC+" çərçivəsindəki fəaliyyətin vacibliyini vurğulayıblar.
Tərəflər iki dövlət arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 Aprel 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















