Icma.az
close
up
RU
Putin və Əl Şəraa arasında ilk təmas

Putin və Əl Şəraa arasında ilk təmas

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Rusiya Əsədi təhvil verəcəkmi?

Moskva Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlıqda maraqlı ola bilər - qeyd edək ki, fevralın 12-də Rusiya prezidenti Vladimir Putin ilə Suriyanın keçid dövrünün prezidenti Əhməd Əl-Şəraa arasında telefon danışığı baş tutub. Rus KİV-inin məlumatına görə, telefon danışığı zamanı Putin və Əl-Şəraa Suriyadakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Vladimir Putin Rusiya tərəfinin Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünə, o cümlədən Suriyada sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına dəstək göstərməyə hazır olduğunu bildirib.

İkitərəfli əməkdaşlığın inkişafı üçün təmasları davam etdirməklə bağlı razılığa gələn dövlət başçıları XİN rəhbərlərinə iki ölkə arasında “güclü strateji əlaqələrin qurulması istiqamətində müəyyən işlərin görülməsini tapşırıb. Putin Suriyanın yeni XIN rəhbəri Əsəd Həsən əş-Şibani Sergey Lavrovla görüş üçün Moskvaya dəvət edib.

Xatırladaq ki, bundan öncə Rusiya Xarici İşlər Nazirliyinin idarələrarası nümayində heyəti Dəməşqə səfər etmişdi. Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov yerli mətbuata səfər ilə bağlı məlumat verərkən bildirib ki, heyət Suriyanın yeni hakimiyyətinin rəhbəri ilə konstruktiv danışıqlar aparıb - bu baxımdan o, iki ölkə arasında münasibətlərin ənənəvi xarakter daşıdığını vurğulayıb.

Suriyadakı Rusiya hərbi bazalarının taleyinə gəlincə, Boqdanov bu istiqamətdə danışıqların davam edəcəyini qeyd edib.

Əməkdaşlıq kimə nə vəd edir?

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Putin ilə Əl-Şəraa arasında ilk təmas Rusiya-Suriya münasibətlərinin normallaşmasına müsbət təsir göstərə bilər. “Bəşər Əsədin hakimiyyəti zamanı Rusiya ilə Suriya arasında bütün sahələrdə çox güclü münasibətlər var idi.  Məhz ona görə də Bəşər Əsəd devrildikdən sonra özü və ailəsi üçün sığınacaq kimi Rusiyanı seçdi. Müxalifətin hakimiyyətə gəlməsi ilə burada vəziyyət və eləcə də Rusiyaya münasibət tamamilə dəyişdi. Rusiya bu ölkədəki  hərbi kontingentinin bir hissəsini Suriyadan çıxarmağa məcbur oldu. Hazırda iki bazadan ibarət cüzi rus hərbiçisi bu ölkədə mövcudluğunu saxlamaqdadır. Suriyanın yeni hakimiyyətinin Rusiya ilə bağlı gələcək planlarının hələ müəyyənləşmədiyini demək olar. Baxmayaraq ki, yeni hakimiyyət ilk günlərdə rus qoşunlarının Suriyadan tamamilə çıxarıldığını elan etsə də, sonradan Rusiya ilə münasibətdə mövqe bir qədər dəyişdi. Yəni, yeni Suriya hökuməti İrandan fərqli olaraq Rusiya ilə münasibətləri sona qədər gərginləşdirməkdə maraqlı görünmür. Rusiya ilə danışıqlar Suriyanın yeni rəhbərliyi üçün  vacibdir. Ona görə ki, bəzi önəmli məsələlər həll olunmalıdır, xüsusilə Bəşər Əsədin təhvil verilməsi məsələsi var”.

Moskvanın Bəşər Əsədi təhvil verib-verməyəcəyi ilə bağlı suala cavab verən politoloq vurğulayıb ki, hazırda bu, mümkün görünmür: “Əsədin təhvil verilməsi Rusiyanın onsuz da ərəb ölkələri arasında aşağı düşmüş nüfuzuna daha da ağır zərbə vura bilər”.

Politoloq gələcək Rusiya-Suriya münasibətlərində müəyyən razılaşmaların əldə olunmasını mümkün hesab edib: “Xüsusilə, enerji və ağır sənaye sahəsində Suriya Rusiya ilə əməkdaşlıq etməkdə maraqlı ola bilər. Amma Əl-Şəraa hakimiyyəti ilk növbədə Aİ və ABŞ ilə problemləri həll etməyə çalışacaq. Hazırda ən əsas hədəf  Əsəd dövründə tətbiq olunan sanksiyaları aradan qaldırmaqdır. Ondan sonra isə Rusiya ilə münasibətlərə baxılacaq”.

Türkiyə ilə birgə...

“Son proseslər fonunda Türkiyə Yaxın Şərqdə geosiyasi və geostrateji güc mərkəzinə çevrilib - Ankaranın təşəbbüsü ilə regionda yeni iqtisadi-siyasi nizam formalaşır. Türkiyənin mövqeyi nəzərə alınmadan regionda hər hansı layihənin həyata keçməsi qeyri-mümkündür. Bu baxımdan Moskva Türkiyə ilə münasibətləri kontekstində Yaxın Şərqdə bir çox istiqamətlərdə birgə fəaliyyət göstərəcək,” - deyə Ə.İbrahimov qeyd edib ki, hər iki ölkə Suriyada siyasi nizamlanma və sabitləşmə səylərində əməkdaşlıq edə bilər: “Rusiya və Türkiyənin, keçmiş fikir ayrılıqlarına baxmayaraq, Suriyada sülh və təhlükəsizliyin təmin olunması məsələsində ümumi dil tapmaları mümkündür. Xüsusilə, İŞİD, PKK/YPG və digər terror qruplaşmalarına qarşı mübarizədə koordinasiyalı şəkildə əməkdaşlıq edə bilərlər”. Ardınca politoloq bildirib: “Türkiyə Rusiya qazının Yaxın Şərq və Avropaya ixracı üçün mühüm enerji mərkəzi olaraq qalır. Onlar “Türk axını” kimi birgə layihələri genişləndirə və regionda yeni enerji dəhlizlərini kəşf də bilərlər”.

Ə.İbrahimov hər iki ölkənin İsrail-Fələstin münaqişəsində vasitəçilik səylərinə də toxunub: “Ankaranın HƏMAS və Fələstin Muxtariyyəti ilə güclü əlaqələri var, Moskva isə İsrail də daxil olmaqla bütün tərəflərlə balanslı münasibət saxlayır. Birgə təşəbbüs onların regional təsirini artıra bilər”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Fevral 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri