Putin və Ərdoğandan ŞƏT+ sammitində GÖZLƏNİLMƏZ ADDIM FOTO KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Çinin Tyançzin şəhərində keçirilən ŞƏT+ sammitində nəzərdə tutulan ümumi fotosessiya baş tutmayıb.
KONKRET.az xəbər verir ki, səbəb isə Rusiya və Türkiyə prezidentlərinin tədbirə gecikməsi olub.
“Kommersant”ın müxbiri Andrey Kolesnikovun məlumatına görə, Vladimir Putin ikitərəfli görüşlərin ard-arda davam etməsi səbəbindən öz iqamətgahında ləngiyib. Həlledici məqam isə onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Nəticədə Ərdoğan da fotosessiyaya gecikib.
Ümumi şəkil çəkilişi üçün 20-dən çox ölkənin lideri toplaşıb və onlar 15 dəqiqə gözləməli olublar. Daha sonra Rusiya və Türkiyə prezidentlərinin iştirak etmədiyi fotoseansın “mənasız və natamam” olacağı qənaətinə gəlinərək, tədbir ləğv olunub.
Müşviq Tofiqoğlu
KONKRET.az
Baxış sayı:99
Bu xəbər 02 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















