Icma.az
close
up
RU
Putin və Tramp bu gün bu barədə razılaşma əldə edəcək Reuters in Rusiya mənbəsi

Putin və Tramp bu gün bu barədə razılaşma əldə edəcək Reuters in Rusiya mənbəsi

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Donald Tramp və Vladimir Putin bu gün Alyaskada danışıqlar aparacaqlar. ABŞ prezidentinin Ukraynada atəşkəs sazişi bağlamaq ümidləri hələ ki, qeyri-müəyyəndir, lakin Putin hər iki tərəfin "simasını qoruyub saxlaya” biləcəyi mümkün nüvə sazişi təklifi irəli sürüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” öz mənbələrinə istinadla yazır.

Kremldəki mənbəyə yaxın bir şəxs "Reuters” agentliyinə bildirib ki, görünür, tərəflər əvvəlcədən müəyyən ortaq mövqelər tapa biliblər.

"Görünür, bəzi şərtlər sabah (cümə günü) razılaşdırılacaq, çünki Trampa imtina etmək mümkün deyil və biz də (sanksiya təzyiqi səbəbindən) imtina edə bilmərik”, deyə mənbə qeyd edib.

"Reuters” yazır ki, Putin tam atəşkəs üçün sərt şərtlər irəli sürüb, lakin kompromislərdən biri hava müharibəsinin mərhələli şəkildə dayandırılması ola bilər.

Eyni zamanda, analitiklər bildirirlər ki, Putin istədiyi təqdirdə Ukraynada eskalasiyanı davam etdirmək üçün hərəkət azadlığını saxlayaraq, Trampa istədiyini verdiyi təəssüratını yaratmağa çalışa bilər.

"Əgər onlar (ruslar) elə bir saziş təklif edə bilsələr ki, müəyyən atəşkəsi nəzərdə tutsun, amma eyni zamanda Rusiyaya münaqişənin gedişinə nəzarəti saxlasın və Ukrayna ərazisində, eləcə də hava məkanında real məhdudiyyətlər yaratmasın... bu, Putinin baxış bucağından mükəmməl nəticə olar”, deyə Avropa Siyasəti Analiz Mərkəzinin demokratik dayanıqlılıq məsələləri üzrə direktoru Sem Qrin bildirib.

Qeyd edək ki, bu gün, 15 avqustda Tramp və Putinin Alyaskada görüşü gözlənilir. Rus KİV-lərinin məlumatına görə, görüş Kiyev vaxtı ilə saat 22:30-da tərcüməçilərin iştirakı ilə təkbətək söhbətlə başlayacaq.

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Tramp Putinlə danışıqlar zamanı Ukrayna və Rusiya arasında "müəyyən atəşkəs” əldə etməyə ümid edir.

Bununla yanaşı, NYT yazır ki, nəticədən asılı olmayaraq, Alyaskadakı görüş Putin üçün böyük qələbədir, çünki bu, Rusiya liderini diplomatik böhrandan çıxarır və ona ABŞ prezidentini şəxsən inandırmaq imkanı verir.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri