Putin və Trampın təyyarələrindəki bu detal DİQQƏT ÇƏKDİ
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
CNN Rusiya və ABŞ prezidentlərinin Alyaskaya səfəri zamanı istifadə etdikləri təyyarələr haqqında məqalə dərc edib.
Globalinfo.az xəbər verir ki, Rusiya lideri Vladimir Putin ölkə prezidentinin donanmasının əsas hava gəmisi olan xüsusi təkmilləşdirilmiş “İl-96” ilə Ankoricə enib.
Ondan bir müddət əvvəl isə ABŞ Prezidenti Donald Trampın göyərtəsində olduğu, “Air Force One” kimi tanınan Boeing 747 bazaya gəlib.
Hər iki təyyarə geniş gövdəli və dörd mühərrikli olsa da, CNN-in vurğuladığı kimi, İl-96 texniki baxımdan daha yeni modeldir. Aviasiya mütəxəssisləri və uçuş izləyiciləri Putinin təyyarəsinin “Elmendorf-Richardson” Hərbi Hava Qüvvələri bazasına enməsini nadir hadisə kimi qiymətləndiriblər.
“FlightAware” portalının məlumatına görə, Putinin reysi “Rossiya 539 Xüsusi Uçuş Dəstəsi” kimi qeydə alınıb və Maqadan hava limanından havaya qalxaraq Alyaskaya təxminən 4 saata çatıb.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 15 Avqust 2025 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















