Icma.az
close
up
RU
Putin və Zelenski arasında telefon diplomatiyası realdırmı? (ŞƏRH)

Putin və Zelenski arasında telefon diplomatiyası realdırmı? (ŞƏRH)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Prinsip etibarı ilə Putinlə Zelenski arasında telefon danışığı mümkündür, amma mahiyyət etibarı ilə bu, indilikdə real deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli ABŞ-ın "Fox News” telekanalının məlumatını şərh edərkən deyib. 

Şərhçi bildirib ki, bu istiqamətdə əldə olunmuş razılığın olub-olmadığı barədə konkret fikir söyləmək mümkün deyil:

"Amma prinsip etibarı ilə telefon danışığını mümkünsüz saymaq olmaz. Putin vaxtilə Zelenskini legitim prezident hesab etmədiyini bəyan edib və yalnız legitim prezidentlə danışacağını söyləyib. Mahiyyət etibarı ilə Zelenski də Putini qəbul etmir. Bu baxımdan telefon danışığının baş tutacağını mümkün hesab etmirəm. Görünür, belə bir informasiya məqsədli şəkildə ortaya atılıb ki, tərəflərin reaksiyası öyrənilsin və gələcək üçün addım hazırlanmış olsun".


Politoloq Taıeh Əliyev isə qeyd edib ki, bu təşəbbüs ABŞ tərəfindən irəli sürülüb və daha çox onların maraqlarına xidmət edir:

"Putinlə Zelenski arasında telefon danışığının olması ehtimalı barədə məlumat ABŞ tərəfindən ortaya atılmış versiyadır. Ola bilsin ki, təşəbbüsün özü də Vaşinqtondandır. Tramp administrasiyası üçün apardığı danışıqların hər hansı nəticəsi belə uğur sayıla bilər. Trampın hakimiyyətə gəlməsinin bir il tamam olmasına bir aydan az vaxt qalıb. Bu müddət ərzində ciddi irəliləyiş olmayıb. Ona görə də təşəbbüs  Amerika tərəfinin maraqlarına uyğundur".

Ekspert bildirib ki, Ukrayna və Rusiyanın sülhə baxışlarındakı kəskin fərqlər belə bir telefon danışığını mümkünsüz edir:

"Putinin qeyri-legitim hesab etdiyi şəxslə görüş keçirməsi, əgər uğursuz nəticələnərsə, Rusiya lideri üçün ikiqat problemlər yaradacaq. Zelenski isə əksinə, bununla de-fakto lider olduğunu nümayiş etdirmiş olacaq. Belə bir telefon danışığı bu gün üçün real deyil". 

Qeyd edək ki, "Fox News" telekanalının məlumatına görə, mümkün telefon əlaqəsi ABŞ prezidenti Donald Trampın Zelenski ilə apardığı son təmaslardan sonra gündəmə gəlib. Lakin hələlik tərəflərdən heç biri məlumatı rəsmi şəkildə təsdiqləməyib. 

Ukrayna ilə Rusiya arasında münasibətlər 2022-ci ildən tamamilə kəsilib və dövlət başçıları arasında birbaşa dialoq baş tutmayıb. Hətta Putin Zelenskini qeyri-legitim hesab edərək onunla danışıqlar aparmayacağını bəyan edib. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Dekabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri