Putin Vyetnam prezidenti ilə görüşəcək
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Kremldə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi və prezidenti To Lam ilə danışıqlar aparacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Vyetnam prezidenti Rusiyaya dövlət səfərinə gələcək.
Səfər zamanı Rusiya-Vyetnam hərtərəfli strateji tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Müzakirələr ticarət, iqtisadi, elmi və təhsil əlaqələrini, humanitar mübadilələri, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı əhatə edəcək. Tərəflər həmçinin beynəlxalq və regional gündəlikdəki cari məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Danışıqların yekununda ikitərəfli sənədlər paketinin qəbul edilməsi planlaşdırılır.
To Lamın Rusiyaya son rəsmi səfəri 2025-ci ilin may ayında olub. Ötən ilki danışıqlardan sonra liderlər Rusiya-Vyetnam Hərtərəfli Strateji Tərəfdaşlıq Münasibətlərinin Yeni Mərhələdə Əsas İstiqamətləri haqqında Birgə Bəyannamə qəbul ediblər.
Anar
Bu mövzuda digər xəbərlər:Simonyan Vyetnam prezidenti ilə görüşüb
21 Noyabr 2024 15:16
Kamran Əliyev Vyetnam prezidenti ilə görüşüb
24 Mart 2025 17:33
Vyetnam prezidenti Qazaxıstana səfər edəcək
15 Noyabr 2024 20:54
Vyetnam prezidenti Kamran Əliyevi qəbul edib
24 Mart 2025 17:05
Vyetnam Prezidenti Azərbaycan liderini təbrik edib
22 İyun 2026 16:49
Baxış sayı:124
Bu xəbər 09 Sentyabr 2026 01:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















