Putin Xameneinin baş müşaviri ilə müzakirələr apardı
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın ali dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Laricanini qəbul edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, İran nümayəndəsi öz rəhbərliyinin göstərişi ilə Yaxın Şərqdə və nüvə proqramı ətrafında gərginləşən vəziyyətlə bağlı öz qiymətləndirmələrini təqdim edib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş qarşı tərəf cavab hücumu həyata keçirib. Birləşmiş Ştatlar münaqişəyə onun gərginləşməsindən 9 gün sonra daxil olub: iyunun 22-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-nin Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 20 İyul 2025 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















