Icma.az
close
up
RU
Putin yenə sağ göstərib, sol vurdu : İstanbul görüşü nə üçün lazım idi? ŞƏRH

Putin yenə sağ göstərib, sol vurdu : İstanbul görüşü nə üçün lazım idi? ŞƏRH

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Nəhayət, bu gün İstanbulda Ukrayna-Rusiya nümayəndələri arasında görüş keçirildi. Lakin görüşdə yeni xəbər atəşkəs yox, əsir mübadiləsi ilə bağlı razılaşma oldu. Belə ki, tərəflər "1000-1000" düsturuna uyğun əsir mübadiləsi aparacaq.

Lakin Ukrayna tərəfinə bu razılaşmadan daha çox atəşkəs lazım idi. ABŞ lideri Donald Trampın təklif etdiyi həmin o 30 günlük atəşkəs. Putin İstanbul görüşünü təklif edəndə hamı düşündü ki, yəqin atəşkəsi qəbul etmək üçün bu addımı atdı, lakin Putin yenə "sağ göstərib, sol vurdu".

Maraqlıdır görəsən Putin Ukraynanın atəşkəs istədiyini bildiyi halda niyə bu görüş təklifini irəli sürdü? Daha doğrusu Putin niyə atəşkəslə razılaşmır? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Putinin İstanbulda görüş təklifi hesab edirəm ki, əslində bir taktiki gediş idi. Həm də bir blöf idi. Putin hesab edirdi ki, Ukrayna tərəfi bu görüşə qatılmayacaq. Onu bu qənaətə gətirən Zelenskinin Putil ilə görüşü qadağan edən fərman idi. Putin hesab edirdi ki, Zelenski bu fərmanı əsas turaraq Putinlə bir başa danışıqlardan imtina edəcək.Amma fərqli bir mənzərənin şahidi olduq. Zelenski dərhan buna reaksiya verdi və bildirdi ki, mayın 15 də o,Putini İstanbulda gözləyir. Şüphəsiz ki, Putin bu addımı atmaqla həm də özünün guya sülhdən yana olduğunu göstərməyə çalışırdı. Həm Trampın nəzərində həm də Çinin rəhbərinin nəzərində müəyyən qədər guya savaşı durdurmağa niyyətinin olmasını göstərməyə çalışdı. Amma şüphəsiz ki, bu səmimi bir gediş deyildi. Bu sadəcə olaraq bir manipulasiya idi. Rusiya tərəfi ümumiyyətlə son bir neçə ayda, xüsusilədə Amerika ilə bir başa danışıqlar prossesi başlayandan maksimalist tələblər irəli sürərək, faktiki olaraq savaşın dayanmasına yox onun davam etməsinə stimul verir. Hətda vəziyyət o yerə çatıb ki, Amerika rəhbərliyi, o cümlədən Tramp Rusiyanın həddən artıq çox qəbul olunmaz şərtlər irəli sürdüyünü bəyan etdilər. İstanbulda hesab edirəm ki, danışıqların baş tutması üçün obyektiv şərait yetişməmişdi. Çünki ən azı Rusiya tərəfi buna hələ hazır deyil. İki liderin görüşünün mümkün olmamasının digər tərəfi texniki heyyətlərin bu görüşü hazırlaması üçün ümumiyyətlə imkan tapmamaları idi. Çünki adətən liderlər görüşü üçün bir çox məsələlər müzakirə olunub həllin tapır, həll olunmamış məsələlər onların iştirakı ilə həll olur. Amma bu periodda biz bu prossei görmədik. Digər tərəfdən tərəflərin prossesin gedişatına və savaşa münasibətidə fərqlidir. Əgər Ukrayna dərhal qeyri şərtsiz bir ay sülh razılaşması istəyirsə və bunun ardında danışıqları təklif edirsə, Rusiya təmami ilə əks mövqedə dayanır. Rusiya öncə danışıqlar sonra atəşkəs təklif ilə prossesə qatılmaq istəyir. Buda danışıqlar prossesini əngəlləyən əsas amil hesab oluna bilər. Yəni nədən Putin bu təklifi irəli sürmüşdü bir daha qeyd etmək istəyirəm. Putin beynəlxalq ictimaiyyətin nəzərində, o cümlədən xüsusi ilədə Amerika və Çin rəhbərliyinin nəzərində savaşı dayandırmaq dayandırmaq istəyən şəxs kimi görünməyə çalışdı. Amma son anda bütün prossesi blokladı. Əslində özünün savaşı davam etdirməkdə maraqlı olduğunu nümayiş etdirdi. Bu günki danışıqlardada məlum oldu ki, əslindı Rusiyanın irəli sürdüyü şərtlər savaşın durması üçün deyil davam etməsi üçün səbəb yaradır. Hətda məhz belə təkliflərı görə Ukrayna nümayəndə heyyəti bu görüşüdə tərk etmək istəmişdi. Sonradan Ruslar həmin təklifi geri çəkdiklərinə görə Ukraynalılar .... qayıtdılar. Hal hazırda ümumi rəy bundan ibarətdir ki, məhz Putinin İstanbula getməməsi və Türkiyəyə orta səviyyədəndə aşağı rankda olan nümayəndələr göndərməklə, faktiki olaraq prossesə əngəl törətdi. Bu günkü danışlardada hərbi əsirlərin min nəfərinin dəyişdirilməsi onu göstərir ki, orda başqa fundamental məsələlər müzakirə olunmayıb.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 May 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri