Icma.az
close
up
RU
Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hər işdə bir xeyir var” deyirlər e, Mahir Emrelinin acı Almaniya təcrübəsi göstərir ki, bu məsəli “təftiş etmək” lazımdı. Öz aramızdı, heç də hər işdə xeyir yoxmuş!

Adam krallar kimi, yəni 10 qolla başa vurduğu mövsümün ardından nə düşündüsə, yeni həyəcana yelkən açdı. Öz qərarı idi, yoxsa meneceri başını aldatdı, pul arxasınca getdi, yoxsa 1-ci bundesliqaya vəsiqə arxasınca – bütün bu suallar indi heç bir önəm daşımır. “Acı təcrübə” deyərkən mən onu nəzərdə tuturam ki, “Nürnberq”i “Kayzerslautern”ə dəyişən Mahir indi xoşbəxt deyil. Hətta bədbəxt olduğunu da deyərdim ki, hücumçunun istedadının vurğunlarının məni “topa tutacağından”, vətən xaini çıxaracağından çəkinirəm.
Yeri gəlmişkən, elə bu ictimai rəy amilinə də qısaca toxunmaq istəyirəm. “Futbol+” Mahirlə bağlı xəbərlərin intensivliyini artıran kimi sosial şəbəkə hesablarımızda bizə yazırlar ki, axı siz bu adamdan nə istəyirsiz, nə veribsiz ki, ala bilməirsiz? Təbii ki, onunla nə alış-verişimiz var, nə də hansısa umacağımız! Biz Bakıdayıq, Mahir Kayzerslauterndə. Əlbəttə, məşqlərə qatıldığını, hətta qol vurduğunu da görürük. Amma “Kayzerslautern” iyunun sonunda üçillik müqavilə bağlayanda “oyunlarda yox, məşqlərdə qol vuracaqsan” şərti ilə anlaşmamışdı axı. Gəlirəm oxucuların tez-tez dilə gətirdiyi “Mahir Emrelidən nə istəyirsiz” sualının cavabına.
Biz Mahirdən yalnız və yalnız qollar istəyirik, başqa heç nə. Biz ondan Budu Zivzivadzenin yolu ilə getməyi, yəni 2-ci bundesliqdan 1-ci bundesliqaya yollanmağı istəyirik, başqa heç nə. Biz ondan qarşıdakı iki ayda 4 seçmə oyuna çıxacaq Azərbaycan yığmasını belə çətin durumda tək qoymamağı, komandanın qol ümidi, yaralarına məlhəm olmağı gözləyirik, başqa heç nə. Biz ondan oyunu ilə Almaniyanın futbol ictimaiyyətinə xoş təsir bağışlamağı, başqa azərbaycanlıların da həmin ölkəyə yolunu açmağı gözləyirik, başqa heç nə. Kifayətdi, ya davam etdirim?!
İndi keçək Mahir ətrafında yaranan durumun praktik tərəflərinə. Baş məşqçi Torsten Liberknext yeni mövsümün ilk üç turunda azərbaycanlı hücumçuya start heyətində şans verdi – “Hannover-96”, “Şalke-04” və “Elversberq” ilə oyunlarda. “Qırmızı iblislər” bu oyunların ikisində uduzdu, Mahir hər dəfə əvəzləndi. Əvəzlənmək isə futbolda ümidləri doğrultmamağın əlaməti sayılır. Yığma fasiləsi ərəfəsində 2-ci bundesliqada 4-cü turun oyunları keçirildi. “Kayzer”in “Darmştadt” üzərində inamlı qələbə qazandığı oyunda (3:1) Mahir nə start heyətində var idi, nə də ehtiyat oyunçular skamyasında. Onda bəziləri durumu belə izah etdi ki, Mahirin belində yüngün ağrılar var, bu üzdən meydana çıxması məsləhət görülməyib. Adamın gəlib Azərbaycan yığmasının heyətində iki oyuna çıxdığını nəzərə alsaq, deməli, zədə versiyası yalanmış. Onunla Liberknextin münasibətlərində artıq çat yaranıbmış. Sadəcə, ötən bir ayda çat o qədər dərinləşib ki, artıq arasına Almaniya istehsalı olan istənilən maşın düşər. Baş məşqçi 5-6-7-ci turlarda da həmvətimizə şans vermədi. Tutaq ki, Liberknext əclafdı, vicdansızdı, ancaq öz aramızdı, ağlı başında olan hansı məşqçi Emrelisiz hər oyunda 3-4 qol vuran komandada hücumçunu əvəzləyər, rotasiyaya əl atar? Siz belə edərsiz? Təbii ki, etməzsiz, heç mən də etmərəm!
Təəssüf ki, Mahirin xarakterini səciyyələndirən sərhədsiz eqo onun bütün karyerasını məhv edir, artıq dağıdıcı amilə çevrilib. Sənin o sərhədsiz eqonun sərhədi Abşeron yarımadasının sərhədində bitir, qardaşım, “Biləcəridən o yana” işləmir, dünya futbolunda iz buraxmış Almaniyada isə heç işləmir! Sən komandada aparıcı futbolçuya, liderə çevrilmədən, vazkeçilməz fiqur olmadan sosial şəbəkə ulduzu olmamalı, baş məşqçinə Zlatan İbrahimoviçin dili ilə atmaca göndərməməliydin:

"Bəzi insanlar sənin haqqında pis danışacaq, bəziləri yaxşı. Amma pis danışırlarsa, deməli, sən yaxşı iş görürsən".

Sən Allah, bu nə deməkdi, bu nə yanaşmadı? Mən Liberknextin yerində olsaydım, beləsi ilə daha sərt danışar, heç məşqə də buraxmazdım.
Məsəllə başladım, məsəllə də bitirəcəm. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdi. Nə qədər gec deyil, Mahir ağlını başına yığmalı, bacarığını yaşıl meydanda göstərməlidi. Sosial şəbəkələrdə qəhrəman olmaq istəyən, buna çalışan, can atan o qədər adam var ki. Mahir, özünə dön! Yenidən başla, ümidlə, eşqlə! Dönməsən, onsuz da tezliklə özünü başqa klubda tapacaqsan...
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri