Icma.az
close
up
RU
Putin yox, Mişustin: Bu diplomatik detalın arxasında hansı mesaj dayanır?

Putin yox, Mişustin: Bu diplomatik detalın arxasında hansı mesaj dayanır?

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya son səfəri Moskva–İrəvan münasibətlərində diqqətçəkən diplomatik mesajlarla yadda qaldı. Bu dəfə onun Rusiya prezidenti Vladimir Putinlə deyil, baş nazir Mixail Mişustinlə görüşməsi Kremlin İrəvana münasibətində dəyişiklik baş verdiyi barədə müzakirələri gücləndirdi. Eyni zamanda Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda bu səfər iki ölkə arasındakı münasibətlərin gələcək istiqaməti ilə bağlı yeni suallar doğurdu.Paşinyanın Putinlə deyil, Mişustinlə görüşməsi və Ermənistanın Qərblə inteqrasiyanı sürətləndirməsi Moskvanın İrəvana münasibətində hansı siyasi dəyişikliklərin baş verdiyini göstərir?

Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyanın Moskva səfərinin əsas siyasi mesajı Rusiya-Ermənistan münasibətlərinin əvvəlki strateji müttəfiqlik modelindən daha praqmatik və məhdud əməkdaşlıq mərhələsinə keçməsidir.

Onun sözlərinə görə, Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə deyil, baş nazir Mixail Mişustinlə görüşməsi təsadüfi diplomatik detal deyil, Kremlin İrəvana verdiyi siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu, Rusiyanın Ermənistanla münasibətləri tamamilə qoparmaq niyyətində olmadığını, lakin artıq İrəvanı əvvəlki səviyyədə prioritet tərəfdaş kimi qəbul etmədiyini göstərir.

"Son illərdə Ermənistanın Avropa İttifaqı və ABŞ ilə siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməsi, KTMT-də faktiki passiv mövqe tutması və Rusiya təsirindən mərhələli şəkildə uzaqlaşmağa çalışması Moskvanın İrəvana münasibətinə ciddi təsir göstərib. Kreml anlayır ki, Ermənistan xarici siyasətdə balansı Qərbin xeyrinə dəyişməyə çalışır. Buna görə də Rusiya münasibətləri emosional müttəfiqlik formatından çıxararaq onları daha çox iqtisadi və texniki əməkdaşlıq çərçivəsində saxlamağa üstünlük verir.

Bununla yanaşı, Moskva Ermənistanı tamamilə itirmək də istəmir. Çünki Cənubi Qafqaz Rusiyanın strateji maraqlarının cəmləşdiyi region olaraq qalır. Bu səbəbdən Kreml sərt qarşıdurmadan daha çox gözləmə mövqeyinə və regiondakı təsir imkanlarını qoruma strategiyasına üstünlük verir. Mişustinlə keçirilən görüş də məhz iqtisadi əməkdaşlığın və praktiki əlaqələrin davam etdirilməsi mesajı kimi qiymətləndirilə bilər", – deyə politoloq bildirib.

Elman Telmanoğlunun fikrincə, Paşinyanın son Moskva səfərini Rusiya-Ermənistan münasibətlərində tamamilə yeni mərhələnin başlanğıcı kimi təqdim etmək hələ tezdir. Daha düzgün qiymətləndirmə ondan ibarətdir ki, tərəflər münasibətlərin yeni formatını formalaşdırmağa çalışırlar.

"Əgər əvvəllər münasibətlər siyasi etimad və təhlükəsizlik ittifaqı üzərində qurulurdusa, hazırda qarşılıqlı maraqların məhdud şəkildə kəsişdiyi sahələr ön plana çıxır. Yəni tərəflər əməkdaşlığı davam etdirirlər, lakin əvvəlki strateji yaxınlıq səviyyəsi artıq mövcud deyil.

Hazırkı mərhələdə Moskva Ermənistanın Qərblə inteqrasiyasını diqqətlə izləyir və bu prosesin hansı həddə qədər davam edəcəyini qiymətləndirir. Əgər İrəvan gələcəkdə Avropa İttifaqı ilə inteqrasiyanı daha da dərinləşdirər və təhlükəsizlik sahəsində də Rusiyadan uzaqlaşma siyasətini davam etdirərsə, iki ölkə arasındakı siyasi məsafə daha da artacaq. Əksinə, Ermənistan iqtisadi və regional reallıqları nəzərə alaraq balans siyasətini qorumağa çalışarsa, münasibətlər tam qırılmadan praqmatik əməkdaşlıq formatında davam edə bilər", – deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 İyul 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see351

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see292

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see287

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see283

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see274

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see260

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see254

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see242

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see234

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see227

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see207

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see206

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see206

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see200

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see199

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see197

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see193

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see183

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri