Icma.az
close
up
RU
Putin Zelenski görüşü bir şərtlə baş tuta bilər

Putin Zelenski görüşü bir şərtlə baş tuta bilər

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna məsələsində ABŞ-nin haradasa Rusiya ilə uzlaşması Kiyevin maraqları ilə ziddiyət təşkil edir. Çünki ABŞ ilə Rusiya danışıqlarda Ukraynanın maraqlarını heç də önəmli saymırlar. Səudiyyə Ərəbistanında, eləcə də İstanbulda baş tutan ABŞ-Rusiya görüşlərinə Ukrayna Prezidenti Volodimir Zelenskinin çağırılmaması bunun əyani sübutudur.

Belə olan halda Zelenskinin alternativ axtarışında olacağı şübhə doğurmur. Elə Səudiyyə Ərəbistanında görüş gedərkən onun da Türkiyədə səfərdə olması bunu göstərdi.

Zelenskinin İstanbulda Putinlə görüşmək istəyini ortaya atıb-atmadığı maraq doğurur. Çünki münaqişənin başlandığı gündən mövqeyini dəyişməyən təkcə Türkiyə olub.

Mövzu ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Nazim Cəfərsoy bildirib ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsini dayandırmaqda maraqlıdır:

“Rusiya və Ukrayna tərəfinin mövqeləri burada fərqlənir. Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda Rusiya ilə görüşmək üçün çalışır. Onun Türkiyəyə səfərini də bu çərçivədə düşünmək lazımdır. Türkiyə özü də maraqlıdır ki, Rusiya-Ukrayna münaqişəsi qlobal və regional ikitərəfli münasibətlər kontekstində öz həllini tapsın. Türkiyənin Ukrayna və Rusiya ilə münasibətləri var. Həm də belə bir qlobal krizisdə Türkiyənin oynayacağı fəal rol beynəlxalq səviyyədə onun strateji mövqeyini daha da təsirli hala gətirəcək. Bu baxımdan Türkiyə maraqlıdır".

Ekspert vurğulayıb ki, burada iki mühüm məsələ var:

"Rusiya Ukrayna böhranını ABŞ ilə münasibətlərin gündəliyində olan nüanslardan biri kimi görür. Rusiya bu məsələnin ABŞ tərəfindən ortaya atıldığını, Zelenskinin də sadəcə ABŞ-nin maraqlarını yerinə yetirən fiqur olduğunu söyləyir. ABŞ ilə məsələlərin razılaşdırılmasını Ukrayna böhranının dayandırılmasında əsas sayır.  Rusiyaya görə yalnız amerikalılar Ukraynanı sülh masasına oturda bilər, başqa heç bir ölkə bunu edə bilməz. Bu da təbiidir. Çünki ABŞ Ukraynanın ən böyük geosiyasi, iqtisadi, hərbi dəstəkçisidir. Digər yandan, Ukrayna məsələsini ruslar yeni düzənin bir parçası kimi düşünür. Hesab edirlər ki, Ukrayna məsələsində ABŞ ilə razılıq yeni düzənin ilk işarələrindən biri olacaq. Ona görə də ABŞ ilə razılaşmaq istəyirlər. Rusiya buna görə də Vaşinqtonla birinci Ukrayna məsələsini razılaşdırıb daha sonra digər mövzuları müzakirə etmək istəyir. Çünki Ukrayna münaqişəsi Rusiya-ABŞ məsələlərinin sadəcə ən gündəmdə olanıdır. ABŞ ilə Rusiya bu məsələyə başqa adamı daxil etmək istəmir. Türkiyədə Putin-Zelenski görüşünə Rusiya müsbət cavab verməz. Bir halda - amerikalılarla razılaşdırdıqdan sonra buna müsbət cavab verə bilərlər. Yəni ABŞ biz hərbi, geosiyasi, iqtisadi imkanlarımızı məhdudlaşdırıq, gedin razılaşın desə, bu mümkün ola bilər.  Amma ruslar da, amerikalılar da bunu birbaşa və birmənalı etməyəcəklər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Mart 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri