Icma.az
close
up
RU
PUTİN ZELENSKİ GÖRÜŞÜ: OLA DA BİLƏR, OLMAYA DA Zelenski hazırdır, Putinin “cəsarəti” isə sual altındadır

PUTİN ZELENSKİ GÖRÜŞÜ: OLA DA BİLƏR, OLMAYA DA Zelenski hazırdır, Putinin “cəsarəti” isə sual altındadır

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Belə görünür ki, Volodimir Zelenskinin Vaşinqton səfəri öz əhəmiyyətinə və çəkisinə görə Vladimir Putinin Alyaska səfərindən geri almır.

Zelenskinin ən azından özü ilə birgə, demək olar, bütün Avropa liderlərini yığıb Ağ Evə gətirə bilməsi və ABŞ Prezidenti ilə bundan əvvəlki qalmaqallı fevral görüşündən tamamilə fərqli və pozitiv aurada baş tutan görüşə nail olması ondan xəbər verir ki, Ukraynanı hələ ki, hər hansı diplomatik məğlubiyyət gözləmir. Eyni zamanda, Zelenskinin Tramp qarşısında “ərazi mübadiləsi” adı altında hər hansı torpaq güzəştinə getmədiyi də bu görüşün ilkin, üzdə görünən nəticələrindən biri və bəlkə də ən vacibi sayıla bilər...

Ancaq bu görüşlə bağlı təbii olaraq, qaranlıq, yaxud gizli saxlanılan məqamlar da kifayət qədər çoxdur. ABŞ Prezidenti Donald Tramp Zelenski ilə Putin arasında görüşün mümkünlüyünü açıqlayıb. Onun sözlərinə görə, artıq hazırlıqlara başlanılıb, lakin tədbirin keçiriləcəyi yer daha sonra müəyyənləşəcək. Zelenski də Rusiyanın görüş təklif etdiyini təsdiqləyib və əlavə edib ki, ərazi məsələsi yalnız onunla Putin arasında təkbətək görüşdə müzakirə edilə bilər. Ukrayna başçısı bir tərəfdən hər hansı ərazi güzəştinin, xüsusilə də Rusiyanın tələb etdiyi Donbasın qalan hissəsinin təhvil verilməsinin mümkünsüzlüyünü bildirir, digər tərəfdən isə bu məsələnin yalnız Putinlə təkbətək müzakirə oluna biləcəyini deyir...

Digər yandan, Zelenski Rusiya tərəfinin görüş tələb etdiyini və özünün Putinlə təkbətək görüşə hazır olduğunu bəyan edib. Lakin görüşün formatı barədə hələ heç nəyin məlum olmadığını qeyd edib. Yəni, belə çıxır ki, bu format prezidentlər səviyyəsində olmaya da bilər: "Biz ikitərəfli görüşlə bağlı hər hansı təfərrüatı bilmirik. Biz ABŞ Prezidenti ilə məsələni müzakirə etdik ki, bütün tərəflər müharibəni bitirmək istəyini nümayiş etdirməlidir. Müharibəyə son qoymaq istəyi isə liderlər səviyyəsində diplomatik görüşdür", - deyə Zelenski əlavə edib.

Onun sözlərinə görə, əgər bu və ya digər tərəf görüşmək istəyini nümayiş etdirmirsə, o zaman Ukrayna ABŞ-dən buna uyğun hərəkət etməyi xahiş edir. Zelenski əlavə edib ki, “biz hansı formatların ola biləcəyini başa düşürük, ona görə də görüşümüzün baş tutması ehtimalı var”: "Ukrayna görüş üçün bəzi qlobal, əlbəttə ki, ədalətli şərtlər qoymağa başlasa... o zaman ruslar yüz şərt qoyacaq. Ona görə də hesab edirəm ki, heç bir şərt olmadan biz görüşməli və müharibəni bitirmək üçün bu yolun inkişafının nədən ibarət olduğunu düşünməliyik".

Elə Putinin köməkçisi Yuri Uşakovun mümkün görüş barədə açıqlaması da qeyri-müəyyəndir. O, təkbətək Zelenski-Putin görüşünün olacağını birmənalı təsdiqləməyib. Sadəcə, deyib ki, Putinlə Tramp "Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin, yəni yuxarıda qeyd olunan birbaşa danışıqlarda iştirak edən nümayəndələrin səviyyəsinin yüksəldilməsi imkanlarının nəzərdən keçirilməsinin mükünlüyünü” müzakirə ediblər.

Xatırladaq ki, əvvəlki Rusiya-Ukrayna danışıqlarında Rusiya tərəfi heç bir səlahiyyəti olmayan “populist-tarixçi” Vladimir Medinski səviyyəsində təmsil olunurdu. Uşakovun dediklərindən belə nəticə çıxarmaq olar ki, Putin bu dəfə Ukrayna ilə danışıqlara Medinskidən daha samballı və ciddi fiqur göndərəcək. Bu isə danışıqları və vaxtı uzatmağın növbəti formasına çevrilə bilər...

Ancaq Avropa liderləri və Qərb mətbuatı Uşakovdan fərqli məlumatlar paylaşırlar. “Agence France-Presse” (AFP) öz mənbələrinə istinadla məlumat yayıb ki, Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib. Avropa liderləri də buna bənzər açıqlamalar verirlər.

Lakin bir məsələ də var ki, ortalıqda əvvəlcədən hər hansı konkret razılıq, heç olmasa, razılaşdırılmış bəyannamə sənədi olmadan Putin-Zelenski görüşünün keçirilməsi nə dərəcədə mümkündür? Yaxud bu görüş də əvvəlki Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbul görüşləri kimi sadəcə, tərəflərin öz mövqelərini təkrarlaması ilə nəticələnəcəksə, belə tələsik və hazırlıqsız görüşün nə mənası var? Belə çıxacaq ki, nümayəndə heyətləri arasındakı əvvəlki fikir və mövqe ayrılığı bu dəfə prezidentlər səviyyəsində təsdiqlənəcək.

Nəhayət, ən təhlükəlisi odur ki, artıq liderlər arasında nəticəsiz görüşlər adiləşəcək və rutin halına gələcək. Buna paralel olaraq isə cəbhədə qanlı döyüşlər, işğal, eləcə də Ukraynanın dinc şəhərlərinin və əhalisinin bombalanması davam etdiriləcək. ABŞ Prezidentinin Putinin müharibə dayandırılmadan, atəşkəs olmadan danışıqların aparılması mövqeyilə barışması bu baxımdan çox təhlükəli və mənfi nəticədir... Ukraynaya qarşı “ərazi mübadiləsi” adı altında ərazi güzəşti tələblərinə və Putinin Zelenski ilə görüşə nə dərəcədə hazır olmasına gəlincə, buna Avropada az-çox qətiyyət və ləyaqət əlamətləri qalan liderlərdən biri - Almaniya kansleri Fridrix Merts maraqlı münasibət bildirib. O deyib ki, doğrudan da Zelenski ilə Putin arasında görüş avqustun sonuna qədər baş tuta bilər. Lakin Merts belə bir sammitə yaxşı hazırlaşmaq lazım olduğunu deyib. Bununla yanaşı o, Putinin belə bir görüşdə iştirak etmək “cəsarətini” şübhə altına alıb: "Rusiya prezidentinin belə sammitdə iştirak etməyə cəsarəti olub-olmayacağını bilmirik. Ona görə də onu inandırmaq lazımdır".

O, həmçinin Ukraynanın danışıqlarda Donbasdan imtinasını ABŞ-nin öz ştatlarının birindən imtina etməsi ilə müqayisə edib: “Rusiyanın Kiyevdən Donbasın azad ərazilərindən imtina etməsi tələbi mahiyyətcə, ABŞ-yə Floridadan imtina etməsinin təklif olunması ilə eynidir”.

Bir sözlə, Zelenskinin son Vaşinqton səfəri müəyyən optimistlik işartıları versə də, xeyli sayda qaranlıq, ziddiyyətli və qeyri-müəyyən məqamlar qalmaqdadır. Bütün bunları Nobel mükafatı almağa tələsən Trampın nəzərdə tutduğu vaxt çərçivəsi daxilində həll etmək mümkündürmü və ümumiyyətlə, Rusiya gerçək sülhdə maraqlıdırmı? Bu sualların cavabı açıq qalır.

Trampın mövqeyini dəyişərək, “atəşkəs olmadan danışıqlar prosesi”nə razılıq verməsi fonunda isə Rusiya durmadan Ukraynada işğalı, qırğınları və dağıntıları davam etdirir..

Cəlal Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Avqust 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri