Putin Zelenskinin ona göndərdiyi məktuba cavab VERDİ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq məktubu kimi bəyanatları sülh danışıqları üçün ilkin şərtlər yaratmır, əksinə, münaqişə potensialı yaradır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Xeyr, bu cür müraciətlər ilkin şərtlər yaratmır”, - o, hərbçilərlə söhbəti zamanı məsələ ilə bağlı verilən suala cavab verib.
“Bunlar nə deməkdir? Əksinə, bir növ münaqişə potensialı yaradırlar”, - Putin əlavə edib.
Xatırladaq ki, Volodimir Zelenski iyunun 5-də Vladimir Putinə açıq məktubunda müharibəni dayandırmağı təklif edib. Ukrayna lideri bu kontekstdə neytral ölkədə ikitərəfli qaydada sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürüb.
Volodimir Zelenski məktubunda yazıb ki, qan tökülməsini dayandırmağın vaxtıdır: “Ukrayna müharibəni bitirməyi təklif edir, amma dürüst və ləyaqətli şəkildə. Müharibənin yenidən alovlanmayacağına zəmanət vermək lazımdır”.
Kreml bununla razılaşmayaraq, Zelenskini Putinlə görüş üçün Moskvaya dəvət edib, Kiyev də bunu qəbul etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 23 İyun 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















