Icma.az
close
up
RU
Putindən azərbaycanlılara mesaj: Məşhur taktika dəyişdi, ermənilər sevindi

Putindən azərbaycanlılara mesaj: Məşhur taktika dəyişdi, ermənilər sevindi

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyada azərbaycanlıların ard-arda həbsi, vətəndaşlıqdan çıxarılması və təqib edilməsi fonunda erməni icmasına müsbət yanaşmalar müşahidə olunur. Sentyabrın 7-də Kremlin tədbir zalında Rusiya Erməniləri İttifaqının yubileyinin təntənəli təşkili və Prezident Vladimir Putinin iştirakçılara xüsusi təbrik müraciəti bu baxımdan diqqət çəkir.

Ermənistan KİV Putinin bu yolla Bakıya mesaj verdiyini, azərbaycanlılara sərt yanaşmalar fonunda erməniləri meydana çıxardığını yazır. Həmçinin əvvəllər belə vəziyyətlərdə birbaşa İrəvana dəstəyin artırılmasına baxmayaraq, Moskva bu dəfə erməni hökumətinin vəziyyətdən faydalanmasını istəmir. Bu səbəbdən iki ölkənin xalqları üzərindən mesaj verməyə çalışır.

Putinin azərbaycanlılara hansı mesajı verməyə çalışır? Kremlin erməni planı nə ilə nəticələnəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Rusiyadakı azərbaycanlılara münasibət bir cür, Azərbaycan hökumətinə münasibət isə başqa cürdür:

“Fərqi ayırmaq vacibdir. Hazırda Rusiyanın Azərbaycan hökumətinə təzyiqləri müşahidə olunur, amma bu, sıravi azərbaycanlılara yönələn münasibətdən tam fərqlidir. Çünki məsələ yalnız siyasi səbəblərlə bağlı deyil. Eyni münasibəti, məsələn, Türkiyədən gələn türklərə və ya digər bölgələrdən gələn müsəlman xalqlara qarşı müşahidə etmirik.

Ümumilikdə Rusiyada istər Qafqazdan, istərsə də Türkiyədən gələn türklərə qarşı müəyyən risklər mövcuddur. Bunun kökündə daha dərin strateji səbəblər dayanır. Eyni zamanda rusların tarixən ermənilərlə yaxın münasibətləri var. Burada həm dini (xristian həmrəyliyi), həm də siyasi maraqlar rol oynayır.

Moskvanın İrəvanda dəstəklədiyi qüvvələr hazırda zəifləyib və nəticədə yeni vəziyyət yaradıb. Buna görə də Rusiyadakı ermənilərə münasibətdə bir qədər həssaslıq göstərilir. Erməni icmasının siyasi proseslərə qarışmaq imkanları olduğu üçün Moskva onları müəyyən mənada diqqətdə saxlayır”.


Əli Mustafayev 

Siyasi şərhçinin sözlərinə görə, türk dövlətlərindən gələn türklərə qarşı isə fərqli yanaşma müşahidə olunur:

“Bu, artıq Rusiyanın strateji maraqları ilə bağlıdır. Yəni Rusiyanın gələcəyi və onun əsas tərəfdaşlarının kimlər olacağı kontekstində münasibət formalaşır.

Rusiyada yaşayan türklərin gündəlik həyatına baxanda, onların tam arzulanan şəkildə inteqrasiya etdiklərini demək çətindir. Azərbaycanlılara qarşı da zaman-zaman mənfi münasibətlər sərgilənir. Bəzən azərbaycanlılara kollektiv şəkildə məsuliyyət yüklənir, halbuki onların əksəriyyəti artıq Rusiyada işləyən, inteqrasiya olunmuş insanlardır.

Görünən odur ki, bu münasibətlər daha çox Azərbaycan hökumətinə verilən mesaj xarakteri daşıyır. Yəni sıravi azərbaycanlıların davranışı ilə bağlı deyil, siyasi səbəblərlə əlaqəlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Sentyabr 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see225

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see174

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see144

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see141

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see135

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see132

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see131

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see130

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see129

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see128

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see128

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see125

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see124

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see122

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see121

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see121

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri