Icma.az
close
up
RU
Putindən göstəriş: “Daha çox vergi toplanacaq”

Putindən göstəriş: “Daha çox vergi toplanacaq”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə vergi yığımının əhəmiyyətli dərəcədə artırılması üçün hökumətə və Mərkəzi Banka geniş səlahiyyətlər verib.

"Cebheinfo.az" xəbər verir ki, Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasından sonra yayımlanan göstərişlərdə iqtisadiyyatın bəzi sahələrində “kölgə iqtisadiyyatının azaldılması” əsas prioritet kimi müəyyən edilib. Yeni plan 2021-ci ildəki vergi yığım səviyyəsini əsas götürəcək və vergi rejimindəki dəyişikliklər nəzərə alınaraq yenilənəcək.

Sənədə əsasən, hökumət və Mərkəzi Bank dürüst bazar iştirakçıları üçün fəaliyyət şəraitini yaxşılaşdırmalı və plan çərçivəsində nəzərdə tutulan addımların iqtisadi münasibətlərdə daha şəffaf bir mühit yaratmasına nail olmalıdır. 

Putin xüsusilə əlavə dəyər vergisinin artırıldığı indiki dövrdə “heç bir şeyin kölgə iqtisadiyyata keçməməsi” üçün daha sərt nəzarət çağırışı edib. Prezidentin göstərişləri arasında məhsuldarlığı aşağı, lakin məşğulluğu yüksək olan sahələrdə əmək məhsuldarlığının artırılması da yer alır.

Kremlin gözləntiləri yalnız vergi yığımı ilə məhdudlaşmır. Hökumət iqtisadiyyata və dövlət idarəçiliyinə yeni texnologiyaların sürətlə inteqrasiyasını təmin etməlidir. Süni intellekt, rəqəmsal platformalar və avtonom sistemlərin genişmiqyaslı tətbiqi prioritet sahələr sırasındadır. Putin bu tədbirlərin nəticələrini əhatə edən geniş hesabatın 2026-cı il iyunun 1-dək təqdim olunmasını tələb edib.

Vergi bazasının genişləndirilməsi ilə bağlı müzakirələrin fonunda 2026-cı ilin əvvəlində qüvvəyə minmiş ƏDV artımı dayanır. Əlavə dəyər vergisinin 20 faizdən 22 faizə qaldırılması ilə təkcə 2026-cı ildə büdcəyə 1,187 trilyon rubl əlavə vəsait daxil olacağı gözlənilir. 

Hökumət kölgə iqtisadiyyatının daraldılması halında 2027-ci ildən etibarən bütün büdcə səviyyələrində illik 1 trilyon rubladək əlavə gəlir əldə olunacağını proqnozlaşdırır. Artan vergi gəlirləri ilk növbədə ölkənin müdafiə və təhlükəsizlik ehtiyaclarına yönəldiləcək, əsas ərzaq və sosial əhəmiyyətli məhsullar üçün isə 10 faizlik güzəştli vergi dərəcəsi qorunacaq.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri