Putindən İLGİNC AÇIQLAMA: Rusiya və Ukrayna xüsusi xidmət orqanları əməkdaşlığı davam etdirirlər
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya və Ukrayna xüsusi xidmət orqanları münaqişəyə baxmayaraq, bir-biri ilə daim əlaqə saxlayır və hərbi əsirlərin mübadiləsi də daxil olmaqla, humanitar məsələlər üzrə əməkdaşlığı davam etdirirlər.
Globalinfo.az “Publika.az”a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirdiyi mətbuat konfransında bildirib. O vurğulayıb ki, iki ölkənin xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq ən çətin dövrlərdə belə dayanmayıb.
“Bizim xüsusi xidmət orqanlarımız həmişə bir-biri ilə əlaqədə olublar və hazırda da əlaqədədirlər”, – deyə Rusiya Prezidenti qeyd edib.
Putin, həmçinin, bu cür görüşlər üçün Əbu-Dabi platformasının fəal şəkildə istifadə olunduğunu diqqətə çatdırıb. O bildirib ki, BƏƏ-də keçirilən son görüş Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.
“Orada qeyri-adi və ya məxfi heç nə baş vermədi. Rusiya tərəfindən həmin görüşdə Federal Təhlükəsizlik Xidmətinin rəhbərlərindən biri iştirak edirdi”, – deyə o bildirib.
Rusiya Prezidenti, həmçinin, göstərilən yardıma görə BƏƏ rəhbərliyinə minnətdarlığını ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 Noyabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















