Putindən sərt qərar: Onlar da Rusiya vətəndaşlığından məhrum ediləcək
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlığından məhrumetmə hallarını əhatə edən əsasları genişləndirən yeni qanunu imzalayıb.
Globalinfo.az xəbər verir ki, hüquqi aktlar portalında dərc olunan sənədə əsasən, vətəndaşlıqdan məhrumetmə üçün 20-dən çox yeni hüquqi əsas əlavə olunub.
Yeni qaydalara əsasən, terrorizmi təşviq etmək, dövlətin təhlükəsizliyinə xələl gətirmək məqsədilə xarici dövlətlərlə gizli əməkdaşlıq, nasist simvollarının yayılması, uşaqların pornoqrafik təsvirlərinin hazırlanması və yayılması, yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq və qeyri-qanuni miqrasiyanın təşkili kimi cinayətlər bu siyahıya daxil edilib.
Qanuna görə, Rusiya Federasiyasının kritik informasiya infrastrukturuna qarşı qeyri-qanuni fəaliyyətlər və ekstremist motivli cinayətlər də vətəndaşlıqdan məhrumetmə ilə nəticələnə bilər.
Qeyd edək ki, yeni qanun rəsmi dərc olunduğu gündən 10 gün sonra qüvvəyə minəcək.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 31 İyul 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















