Icma.az
close
up
RU
Putindən sonra Rusiya prezidenti kim olacaq? Adlar AÇIQLANDI

Putindən sonra Rusiya prezidenti kim olacaq? Adlar AÇIQLANDI

Icma.az, Modern.az saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putinin siyasi gələcəyi və ondan sonrakı dövrdə ölkədə hakimiyyətin necə formalaşacağı ilə bağlı suallar getdikcə daha çox diqqət çəkir. Putinin 73 yaşında olduğu və uzun illər ərzində şəxsi hakimiyyətə əsaslanan siyasi sistem formalaşdırdığı nəzərə alınarsa, onun siyasi səhnədən getməsindən sonra baş verəcəklər hələ də qeyri-müəyyən olaraq qalır.

Modern.az "Foreign Affairs" nəşrinə istinadən xəbər verir ki, Rusiyada hakimiyyətin mümkün keçidi ilə bağlı əsas problemlərdən biri Putinin özündən daha çox, onun ətrafında formalaşmış yaşlı siyasi elitanın gələcəyi ilə bağlıdır.

Qeyd olunur ki, Putin hakimiyyətini möhkəmləndirmək və siyasi sabitliyi qorumaq üçün özünə sadiq şəxslərdən ibarət sıx şəbəkə yaradıb. Lakin bu sistem eyni zamanda yeni nəsillərin yüksək siyasətə daxil olmasını, hakimiyyət daxilində etimad qazanmasını və gələcəkdə ölkəni idarə etmək üçün zəruri təcrübə toplamasını məhdudlaşdırıb.

Nəticədə Rusiyada nəsillərarası siyasi keçiddə ciddi problem yarana bilər. Daha gənc məmurların, hətta Putinin yaxın çevrəsindəki yüksək vəzifəli şəxslərin övladlarının, hazırda 50-60 yaşlarında olan və özlərini gələcək liderliyə namizəd hesab edən siyasətçiləri keçərək daha yüksək vəzifələrə yüksəlməsi ehtimalı artır.

Putinin ətrafında yaşlı elita

Məqalədə vurğulanır ki, Putinin ətrafında əsas siyasi və təhlükəsizlik strukturlarına rəhbərlik edən şəxslərin əksəriyyəti kifayət qədər yaşlıdır.

Onların arasında Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun adları çəkilir.

Müəllif hesab edir ki, Putin siyasi sistem üzərində nəzarəti saxlamaq üçün uzun illərdir etibar etdiyi şəxslərlə yaxın münasibətlərinə əsaslanır. Bu isə yeni nəsil siyasi elitanın hakimiyyətin əsas mərkəzlərinə çıxışını məhdudlaşdırıb.

Stalinlə müqayisə

Məqalədə Rusiyanın mümkün hakimiyyət keçidi 1953-cü ildə İosif Stalinin ölümündən sonra Sovet İttifaqında baş vermiş proseslərlə də müqayisə edilir.

Stalinin ölümündən sonra hakimiyyətin vahid varisi olmadığından sovet elitası daxilində uzunmüddətli mübarizə başlayıb. Georgi Malenkov formal olaraq Stalinin varisi hesab edilsə də, onun kifayət qədər güclü siyasi dayaqları olmayıb.

Sonrakı dövrdə Lavrenti Beriya, Vyaçeslav Molotov, Nikita Xruşşov, Kliment Voroşilov və Georgi Jukov kimi nüfuzlu şəxslər hakimiyyət uğrunda mübarizənin əsas iştirakçılarına çevriliblər. Nəticədə Xruşşov tədricən üstünlük əldə edərək 1957-ci ildə hakimiyyəti tam şəkildə öz nəzarətinə keçirib.

Məqalənin müəllifinə görə, həmin dövrdə olduğu kimi, Putindən sonra da formal konstitusion mexanizmlərlə yanaşı, hakimiyyətin taleyini əsas dövlət institutlarında mövqeləri və şəxsi əlaqələri güclü olan dar çevrənin müəyyən etməsi mümkündür.

Putindən sonra kimlər önə çıxa bilər?

Məqalədə Putindən sonra mümkün varislər sırasında bir neçə şəxsin adı çəkilir.

Bunlar arasında 53 yaşlı Dövlət Şurasının katibi və Putinin keçmiş mühafizəçisi Aleksey Dyumin, Dövlət Dumasının 62 yaşlı sədri Vyaçeslav Volodin, 60 yaşlı Baş nazir Mixail Mişustin və Prezident Administrasiyası rəhbərinin birinci müavini, 64 yaşlı Sergey Kiriyenko göstərilir.

Bununla yanaşı, müəllif hesab edir ki, Rusiya siyasi sistemində nəsillərarası keçidin uzun müddət əngəllənməsi 50-60 yaşlarında olan bir sıra potensial liderlərin hakimiyyətin əsas mərkəzlərindən kənarda qalmasına səbəb olub.

Daha bir diqqətçəkən məqam isə yaşlı elitanın övladlarının sürətlə yüksək vəzifələrə yüksəlməsidir. Məqalədə Prezidentin keçmiş köməkçisi Nikolay Patruşevin oğlu, milyarder bankir Yuri Kovalçukun oğlu və Putinin daha gənc qohumlarından birinin yüksək dövlət vəzifələrinə gətirildiyi qeyd olunur.

Müəllifə görə, bu vəziyyət Rusiya siyasi elitası daxilində narazılığı artıra və nəsillərarası qarşıdurmanı dərinləşdirə bilər.

“Putindən sonra xaos mümkündür”

Məqalədə əsas risklərdən biri kimi planlaşdırılmamış və qəfil hakimiyyət keçidi göstərilir.

Bildirilir ki, belə vəziyyətdə indiki hakimiyyət elitası ilə kifayət qədər əlaqəsi olmayan, onların etimadını qazanmayan və dövlət institutlarına nəzarət etmək təcrübəsi zəif olan şəxslər ön plana çıxa bilər. Bu isə hakimiyyət uğrunda mübarizəni daha da kəskinləşdirə bilər.

Müəllif hesab edir ki, Putinin siyasi sistemində yaşlı elitanın uzun müddət əsas dövlət institutlarının başında qalması gələcəkdə nizamlı hakimiyyət keçidinin ehtimalını azaldır.

“Putin rejiminin ən yüksək pillələrində yaşlı elitanın hakimiyyətdə qalması nə qədər uzun sürərsə, növbəti prezidentə nizamlı keçidin baş verməsi bir o qədər çətinləşə bilər”, -deyə məqalədə vurğulanır.

Beləliklə, Rusiyada əsas məsələ yalnız Putinin hakimiyyətdən nə vaxt gedəcəyi deyil, ondan sonra hakimiyyətin kimə və hansı mexanizmlə keçəcəyidir. Mövcud sistemdə aydın varislik mexanizminin olmaması və yaşlı siyasi elitanın əsas vəzifələri uzun müddət nəzarətdə saxlaması gələcəkdə hakimiyyət uğrunda ciddi daxili mübarizə ehtimalını artırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Avqust 2026 07:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri