Icma.az
close
up
RU
PUTİNDƏN “SÜLH” HƏMLƏSİ... Rusiya bu istiqamətə 50 min əsgər yığdı

PUTİNDƏN “SÜLH” HƏMLƏSİ... Rusiya bu istiqamətə 50 min əsgər yığdı

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulda keçirilən sammit zamanı beynəlxalq ictimaiyyətin Ukrayna-Rusiya münaqişəsində sülhə dair ümidləri artdığı bir vaxtda, Rusiyanın atdığı son hərbi addımlar bu nikbin ab-havanı kölgəyə salıb.

"AzPolitika" “Sky News” xəbər verir ki, Rusiya Xarkov vilayətinin sərhədi boyunca təxminən 50 min əsgər cəmləşdirib. Bu, Moskvanın Ukraynaya qarşı yeni genişmiqyaslı hücuma hazırlaşdığı ehtimallarını gücləndirib. Ukrayna hərbi rəsmiləri bildirirlər ki, rus ordusu sərhəd bölgəsində fəallığını artırıb və artıq müəyyən istiqamətlərdə hücumlara da başlayıb. Lakin Ukrayna tərəfi bu hücumların ciddi nəticə vermədiyini və uğursuz alındığını qeyd edir.

Bu arada Rusiya Müdafiə Nazirliyi 17-23 may tarixlərini əhatə edən həftə ərzində əldə etdikləri uğurları açıqlayıb. Bildirilib ki, Rusiya ordusu həmin müddətdə Ukraynanın Sumi, Xarkov və Donetsk vilayətlərində yerləşən altı yaşayış məntəqəsini nəzarətə götürüb.

Açıqlamada həmçinin qeyd olunur ki, Rusiya ordusu Ukraynanın hərbi sənaye obyektlərinə, hərbi hava limanlarına, silah və sursat anbarlarına, habelə pilotsuz uçuş aparatlarının istehsal və saxlanma yerlərinə yüksək dəqiqlikli silahlar və dronlarla zərbələr endirib. Bu hücumlar zamanı Ukrayna Silahlı Qüvvələrinin, eləcə də xarici muzdlu döyüşçülərin müvəqqəti yerləşdiyi mövqelər də hədəf alınıb.

Əldə olunan məlumatlara əsasən, Rusiya ordusu son bir həftə ərzində aşağıdakı yaşayış məntəqələrini nəzarət altına alıb:

-Sumi bölgəsində: Maryino;

-Xarkov bölgəsində: Radkovka;

-Donetsk bölgəsində: Aleksandropol, Novoolenovka, Novaya Poltavka və Bogatır.

Bu gərginliklər fonunda Rusiya ilə Ukrayna arasında sülh prosesinin taleyi yenidən sual altına düşüb. Beynəlxalq aləmin diplomatik səylərinə baxmayaraq, cəbhə bölgəsində baş verən hadisələr vəziyyətin daha da pisləşə biləcəyindən xəbər verir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri