Icma.az
close
up
RU
Putindən Türkiyəyə zərbə: Bu ərazidə yeni dövlət yaratmaq üçün hərəkətə keçdi

Putindən Türkiyəyə zərbə: Bu ərazidə yeni dövlət yaratmaq üçün hərəkətə keçdi

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında verdiyi mesajlar, səsləndirdiyi fikirlər dünya mediasının gündəmindədir. Kreml rəhbərinin son açıqlamaları geopolitik düzənə nə vəd edir?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Putin Rusiyanın Ukraynada nail olduğu ərazi uduşları çərçivəsindəki tələblərə əsaslanaraq Kiyevlə sülh danışıqlarının mümkünlüyünü vurğuladı:

“Bir sözlə, Putin Ukraynanın demilitarizasiyası və neytrallığı da daxil olmaqla Rusiyanın iddialarını təkrarlamaqla Moskvanın maksimalist ideallardan çəkinmədiyini ortaya qoydu.

Putin bu idealların özünü doğruldacağına Qərbi inandırmaq üçün “Oreşnik” raketinin eksklüzivliyindən danışır və beləliklə hərb meydanında NATO-nun Ukraynaya dəstəyinin mənasız olduğu fikirlərini tirajlayır. Beləliklə, Putin Ukraynanı tam təslim olmağa səsləyir. O, “Oreşnik”i Qərb silahları ilə “duel səhnəsindəki üstünlüklərlə” xarakterizə etməklə, Rusiyanın qalib gələcəyi, Ukrayna və Qərbin qətiyyətini geridə qoyduğu rəvayətlərini genişləndirir.

Putinin mətbuat konfransında başqa yeniliklər isə Suriyada Rusiya-İsrail gizli əlaqələrinə eyhamlar vurmaq idi. Onun İsraili prosesdən ən üstün mövqeli dövlət kimi çıxmasını əsaslandırması bu baxımdan təsadüf sayılmır”.

Aqşin Kərimov

Ekspert hesab edir ki, bununla Putin Türkiyənin aşkar üstünlüklərini gözardı edərək Rusiyanın Suriyada geosiyasi itkilər vermədiyini əsaslandırmağa çalışır, sonrakı proseslərdə İsraillə əməkdaşlıq konturlarını cızmış olur:

“Putinin İran qoşunlarını Bəşər Əsəd rejimini müdafiə edə bilməməkdə diplomatik mətnlə ittiham etməsi də mümkün Rusiya-İsrail sövdələşmə səyləri üçün cədvəl hazırlamaq planıdır. Çünki faktiki olaraq Suriyada Rusiya-İran müttəfiqlik xətti dağıldı və indi Moskva Suriyadakı nizamlama çərçivələrinə daha çox İsraillə danışıqlar aparmaqla nüfuz etməyə həvəslənir.

Buna digər sətiraltı sübut kimi Putinin kürd xalqının öz müqəddəratını təyin etmək hüququndan böyük bir şövqlə danışmasını göstərə bilərik.

Rusiyanın kürd silahlı qrupları ilə əməkdaşlıqdan uzaqlaşması Suriya münaqişəsinin ilkin mərhələlərində hiss edilmişdi. Bununla belə, Rusiya Türkiyənin PKK-nın Suriya daxilindəki törəmələri olduğuna dair fikirlərini də bölüşmürdü”.

A.Kərimov deyib ki, PKK ümumilikdə kürdlərin hər birini təmsil etmir, lakin Putin kürdləri gələcək döyüşə hazır qruplar kimi “Suriyadakı vəziyyətin real amili” olduğunu vurğulayır:

“Deməli, Rusiya kürd amilinə aydın bir hərəkətlə proyeksiya etməyi optimal variant kimi nəzərdən keçirir. Bununla Kreml regionda əhəmiyyətli və təsirli tərəf olmağı hədəfləyir. Ona görə də Rusiyanın həm Suriya hakimiyyətinin formalaşmasında, həm ölkədəki nüfuz dairələrinin bölünməsi prinsiplərində maraqlı olan tərəflərin ziddiyyətləri üzərində kürd faktoru ilə oynamaq səylərini proqnozlaşdıra bilərik.

Ehtimal ki, Rusiya kürdlərin dövlət qurmaq ambisiyalarını açıq şəkildə dəstəkləyən planın hazırlanması zərurətini hiss edir. Bununla yanaşı, İsraillə perspektiv razılıqların konseptual hazırlıqlarını kürdlər üzərindən qurur, çünki Təl-Əvivlə Moskvanın bu istiqamətdəki prioritetləri oxşardır”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri