Icma.az
close
up
RU
Putinə cavab, yoxsa Çinə hədiyyə? Trampın nüvə hədələri parçalanmaya səbəb oldu

Putinə cavab, yoxsa Çinə hədiyyə? Trampın nüvə hədələri parçalanmaya səbəb oldu

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın nüvə silahı sınaqlarını bərpa etmək qərarı Konqresdə demokratlar və respublikaçılar arasında parçalanmaya gətirib çıxarıb. 

Qaynarinfo "The Hill”ə istinadla yazır ki, respublikaçılar Trampı Vladimir Putinin nüvə təhdidlərinə qarşı dayandığı üçün tərifləyir, demokratlar isə bu addımın məqsədəuyğunluğunu, təhlükəsizliyini, maliyyələşdirilməsini və yaratdığı presedenti şübhə altına alırlar.

"Bu, bizim üçün səhv olardı, çünki heç nə qazanmayacağıq. Əgər biz sınaq keçirsək, sonra Çin desə ki: "Yaxşı, mən də sınaqlara başlayıram”. Onlar öz nüvə silahlarını sınaqdan keçirməyə başlayacaqlar və nəticədə onların strateji gücü xeyli artacaq. Biz heç nə əldə etməyəcəyik. Bu, Çin üçün hədiyyə olacaq”, – deyə Arizona ştatından demokrat senator Mark Kelli, Senatın Silahlı Qüvvələr üzrə altkomitəsinin üzvü bildirib.

Massaçusets ştatından demokrat senator Elizabet Uorren isə sual edib ki, niyə respublikaçıları prezidentin göstərişinin icrası üçün lazım olacaq vəsaitin həcmi narahat etmir.

Lakin respublikaçılar Trampı qətiyyətlə dəstəkləyiblər.

"Bu, eskalasiya deyil”, – deyə Aydaho ştatından respublikaçı senator Ceyms Riş bildirib və Putini "dəli adam” adlandırıb:

"Heç kim inanmır ki, o [Putin] nüvə silahından istifadə edəcək... baxmayaraq ki, o, bütün bu müddət ərzində Trampı qorxutmaq üçün bu təhdidlərdən istifadə edib. Düşünürəm, Tramp demək istəyirdi ki: "Məni bu qorxutmur”.

Nümayəndələr Palatasının spikeri, Luiziana ştatından respublikaçı Mayk Conson da Trampı dəstəkləyərək bildirib ki, bu addım "ABŞ-ın düşmənlərinə ciddi siqnaldır”:

"Ali baş komandan istəyir ki, biz tam hazırlıqlı olaq. Biz Yer üzündəki son böyük supergüclüyük. Amma dünya sülhünü qorumaq üçün güc nümayiş etdirmək lazımdır — və prezident məhz buna inanır. O, bunu dəfələrlə nümayiş etdirib”, – deyə o əlavə edib.

Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qrem isə bildirib ki, Trampın Müdafiə Nazirliyinə verdiyi göstəriş Putin üçün bir "cavab”dır və Tramp onu Rusiya-Ukrayna müharibəsini bitirmək ümidi ilə danışıqlar masasına oturmağa məcbur etmək istəyir.

"Düşünürəm, Putin Trampı qiymətləndirmir, – deyə Qrem "The Hill”ə müsahibəsində bildirib. – Sən ölkəmizi hədələyirsən. Buna görə peşman olacaqsan”.

Bununla yanaşı, bəzi senatorlar prezidentin direktivinin kifayət qədər aydın olmadığını etiraf ediblər.

Viskonsin ştatından respublikaçı senator Ron Conson deyib ki, Trampın "nüvə sınaqları” dedikdə nəyi nəzərdə tutduğuna baxmaq lazımdır, lakin o, ABŞ-ın "nüvə qüvvələrini müasirləşmiş vəziyyətdə” saxlamağının vacibliyini vurğulayıb.

Arkanzas ştatından respublikaçı senator Tom Kotton isə bildirib ki, ABŞ öz nüvə arsenalını "dəstəkləməli və müasirləşdirməlidir”.

"1992-ci ildən bəri ABŞ sıfır güclü sınaqlar standartına bağlıdır, – deyə Kotton qeyd edib. – Prezident Trampın bizə Rusiya və Çinlə bərabər şəkildə nüvə arsenalımızı inkişaf etdirmək və modernləşdirmək imkanı verməsi sevindiricidir”.

Lakin Silahlara Nəzarət Assosiasiyasının icraçı direktoru Deril Kimbel Kottonun "Rusiya və Çinin nüvə sınaqları keçirdiyi” iddialarını "əsassız və çox mübahisəli” adlandırıb.

"Trampın nüvə siyasəti ardıcıl deyil və aydın deyil: bu gün o, denuklearizasiya danışıqları çağırır, sabah isə nüvə sınaqları ilə hədələyir”, – deyə Kimbel bildirib.

Bundan əvvəl Donald Tramp Pentaqona digər ölkələrlə bərabər şərtlərlə nüvə silahı sınaqlarına başlamağı tapşırmışdı. Bu proses dərhal başlayacaq.

Eyni zamanda, ekspertlər xəbərdarlıq edirlər ki, bu qərar Çin və Rusiyanın əlini gücləndirə bilər. ABŞ sınaqlara qayıdarsa, bu addım onilliklər boyu əksər ölkələri belə addımlardan çəkindirən razılaşmanı təhlükə altına qoya bilər.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri