Icma.az
close
up
RU
Putinə Donbasla bağlı məruzə edən polkovnik 1 il əvvəl həlak olubmuş

Putinə Donbasla bağlı məruzə edən polkovnik 1 il əvvəl həlak olubmuş

Icma.az bildirir, Azpost portalına istinadən.

Rusiya təbliğat maşını Vladimir Putinin Ukraynada döyüş əməliyyatlarının idarə olunmasına “dərindən cəlb olunduğunu” göstərməyə çalışarkən yeni qalmaqalla üzləşib. Kreml tərəfindən yayılan telefon danışığında Putinə Donbasdakı vəziyyət barədə məruzə edən hərbçinin əslində bir ildən çox əvvəl öldüyü iddia olunur.

Bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Kreml Putinlə 76-cı Qvardiya Hava-Desant Hücum Diviziyasının komandiri arasında olduğu bildirilən telefon danışığının audioyazısını və stenoqramını yayıb.

Səs yazısında özünü polkovnik Şihabidov kimi təqdim edən şəxs Putinə Pokrovsk, Qrişino və Novoaleksandrovkanın guya ələ keçirilməsi, həmçinin Dobropolski istiqamətində irəliləyiş barədə məlumat verir.

Lakin ISW analitiklərinin araşdırmasına və müstəqil mənbələrin məlumatlarına görə, söhbətdə adı çəkilən polkovnik Abdulaziz Şihabidov 2025-ci ilin mayında həlak olub.

Məlumata görə, Şihabidovun doğulduğu Dağıstanda onun xatirəsinə uzun müddətdir məktəblərdə tədbirlər keçirilir. Eyni zamanda, 76-cı diviziyanın real komandiri kimi başqa şəxsin – Denis Şişovun adı göstərilir.

Putinlə danışan “polkovnik” kimdir?

Beləliklə, Kremlin yayımladığı telefon danışığı ilə bağlı əsas sual məruzə edən şəxsin kimliyidir.

ISW-nin qiymətləndirməsinə görə, məsələ yalnız danışıqda iştirak edən şəxsin kimliyi ilə məhdudlaşmır. Səs yazısında səsləndirilən hərbi uğurların da real vəziyyətlə uyğun gəlmədiyi bildirilir.

Analitiklər Kremlin açıqladığı irəliləyiş sürətinin hazırkı döyüş dinamikası ilə uyğun olmadığını vurğulayırlar.

İyul ayında Rusiya qoşunlarının Pokrovsk və Dobropolsk rayonlarında müəyyən irəliləyiş əldə etdiyi qeyd edilsə də, bu irəliləyişin miqyası Moskvanın açıqladığı nəticələrin əldə edilməsinə imkan vermir.

ISW hesab edir ki, mövcud temp Rusiyanın Donetsk vilayətinin qalan hissəsini 2026-cı il dekabrın 31-dək ələ keçirmək vəzifəsini yerinə yetirməsini mümkün göstərmir.

Kremlin məruzələri ilə bağlı suallar artır

ISW bu hadisənin Rusiya hərbi rəhbərliyinin Putinlə cəbhədəki real vəziyyət arasında nə qədər ciddi informasiya problemi yaşadığını göstərə biləcəyini bildirir.

Analitiklərin fikrincə, burada iki əsas məqam diqqət çəkir.

Birincisi, Rusiya hərbi rəhbərliyinin Putinə döyüş meydanında “fasiləsiz qələbələr” barədə reallıqdan uzaq məlumatlar ötürməsi ehtimalıdır.

İkincisi isə Kremlin rəhbərinin orta səviyyəli komandirlərlə birbaşa əlaqə yaratmaq cəhdlərinin belə saxta və qeyri-real təqdimatlara yol açmasıdır.

Bu iddialar təsdiqlənərsə, hadisə yalnız Kremlin təbliğatı baxımından deyil, Rusiya rəhbərliyinin cəbhədəki real vəziyyət barədə aldığı məlumatların etibarlılığı baxımından da ciddi suallar yaradır.

Qeyd edək ki, ISW ABŞ-ın Vaşinqton şəhərində yerləşən, Rusiya-Ukrayna müharibəsi və digər münaqişələr üzrə gündəlik hərbi təhlillər hazırlayan araşdırma mərkəzidir.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 Avqust 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri