Putinə qorxulu xəbərdarlıq: Rusiyanın 40 şəhəri dağıdıla bilər
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Böyük Britaniyanın “Trident” sualtı qayığı Rusiyanın 40 şəhərini məhv edə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın istefada olan kontr-admiralı Kris Parri deyib.
O, bu barədə Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsində danışıb.
“Bu, istənilən dünya liderini qorxutmalıdır”, – deyə Kris Parri jurnalistlərə bildirib .
Bununla belə, Parri Britaniyanın nüvə donanmasının vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, sualtı qayıqların yaşı və son sınaq uğursuzluqları risklidir.
Bir gün əvvəl isə “Deyli Ekspres” yüksək rütbəli rəsmiyə istinadən xəbər verib ki , Böyük Britaniya ABŞ-ın əvvəlcədən razılığı olmadan nüvə silahından istifadə edə bilər .
Nəşr vurğulayır ki, London Tramp administrasiyasının siyasətindəki dəyişikliklərlə əlaqədar ölkənin mümkün zəifliyindən narahatdır .
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 21 Mart 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















