Putini dayandıran olmasa, Moldovaya və Rumıniyaya qədər gedəcək Makron
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Putini dayandıran olmasa, o, Moldovaya və Rumıniyaya qədər gedə bilər.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Fransa prezidenti əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar və Ukrayna prezidentləri arasında mübahisədən sonra ABŞ-nin Ukrayna ilə də dialoqu bərpa etməkdən başqa çarəsi yoxdur.
“Amerikalıların aydın taleyi ukraynalıların tərəfində olmaqdır, buna heç bir şübhəm yoxdur. Birləşmiş Ştatların son üç ildə gördüyü işlər onun diplomatik və hərbi ənənələrinə tamamilə uyğundur. Mən amerikalılara başa salmaq istəyirəm ki, Ukraynadan qopmaq onların maraqlarına uyğun deyil, - deyə Fransa prezidenti bildirib.
Eyni zamanda, onun fikrincə, Vladimir Putinin başçılıq etdiyi Rusiya “Avropa üçün həmişəkindən daha çox ekzistensial təhlükədir”.
“Ona görə də düşmənlə bağlı səhvə yol verməyin. Təhlükəsizliyimiz təhlükə altındadır", - Makron əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Mart 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















