Icma.az
close
up
RU
“Putini öldürmək mümkün deyil” Kəşfiyyatçı səbəbini açıqladı

“Putini öldürmək mümkün deyil” Kəşfiyyatçı səbəbini açıqladı

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya Prezidenti Vladimir Putin ölkənin siyasi məkanını tamamilə təmizləyib, hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, analitik İvan Stupak yerli mediaya deyib.

“Hazırda Putinin həyatına təhlükə yoxdur. O, 25 ildən artıqdır hakimiyyətdədir və meydanı siyasi rəqiblərdən maksimum dərəcədə təmizləyib. Ətrafında ona sutka ərzində, həftənin yeddi günü maneəsiz çıxışı olan insanlar yoxdur. Çıxış imkanı əldə edə bilən şəxslər var, amma bu, uzun prosedur və razılaşdırma tələb edir”, - o bildirib.

Stupak qeyd edib ki, hətta Rusiya liderinin ən yaxın çevrəsindən olan bəzi şəxslər, o cümlədən iri şirkətlərin rəhbərləri və oliqarxlar ya istintaq altındadır, ya da həbs ediliblər.

O iddia edib ki, Putinin strategiyası ətrafında rahat və sərbəst dolaşan insanların olmamasına əsaslanır:

“Putin çoxdan geniş ictimaiyyət üçün açıq tədbirlər keçirmir və kütlə qarşısına çıxmır. Onun bütün ictimai görünüşləri məhdudlaşdırılır və əvvəlcədən ssenariləşdirilir, görüşlərdən kadrlarda isə adi insanlardan daha çox mühafizəçi görünür.

Onun zirehli avtomobilləri, istifadə etmədiyi, amma guya harasa uçan təyyarələri var. Bunlarla Putinin “səfərdə olduğu” təəssüratı yaradılır. Zirehli qatarı, onlarla iqamətgahı var və buna görə də onun müəyyən vaxtda harada olduğu məlum olmur. Bütün bunlar Putinə sui-qəsdi faktiki olaraq mümkünsüz edir.

Əgər medianın yaydığı Putinin müharibəni genişləndirməyəcəyi təqdirdə “asılacağı” barədə dediyi fikri doğru hesab etsək, anlamaq lazımdır ki, ətrafında bunu həyata keçirə biləcək heç bir şəxs yoxdur və insanları belə bir addıma sövq edə biləcək heç bir amil də mövcud deyil. Ətrafındakı bütün insanlar Putinin prezident postunda qalmasında maraqlıdır”.

Stupak əlavə edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun “Putinin məsləhətçiləri”nin imperatorlar İvan Qroznı, I Pyotr və Böyük Yekaterina olduğunu söyləməsini metafora kimi qəbul etmək lazım deyil: “Bununla belə bir fikir aşılanır ki, Putinin eskalasiyaya getməmək şansı yoxdur, bunu eləməsə, böyük tarixi şəxsiyyətlər bunu ona bağışlamazlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Sentyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri