Icma.az
close
up
RU
Putini qəzəbləndirən rədd cavabı: İki dəfə istədik dedi, lakin...

Putini qəzəbləndirən rədd cavabı: İki dəfə istədik dedi, lakin...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin son açıqlamasında ölkəsinin iki dəfə NATO-ya üzvlüyə hazır olduğunu bəyan etdiyini bildirib.

“Əvvəlcə SSRİ, sonra isə Rusiya NATO-ya daxil olmağa hazır idi, lakin onlara rədd cavabı verilib”- Putin vurğulayıb. Kreml rəhbərinin sözləri maraqla qarşılanıb.

Moskvaya rədd cavabı nəyə əsasən verilib? Əgər Rusiya NATO üzvü olsaydı, hansı münaqişələrdən qaçmaq olardı?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Rusiya tarixən Şimali Atlantika Alyansında (NATO) iştirak etmək istəsə də, bu, heç vaxt real olmayıb:

“Rusiya bir sıra hallarda NATO ilə əməkdaşlıq etmək və bu bloka qatılmaq niyyəti göstərib. Lakin NATO-ya üzv olmaq elə də asan məsələ deyil. Çünki alyansın özünün müəyyən məqsəd və prioritetləri var. Əsas prioritet isə Avropanın təhlükəsizliyinin təmin olunmasıdır.

NATO daxilində müzakirə olunan məsələlərin Moskva tərəfindən qəbul olunması, öyrənilməsi və obyektiv təhlili çox zaman mümkün olmayıb və ya məqbul sayılmayıb. Məhz buna görə də nə SSRİ, nə də Rusiya NATO-ya üzv ola bilməyib. Əslində, bu, doğru da olmazdı.


İlyas Hüseynov

“Soyuq müharibə” dövründə qarşıdurma NATO ilə Varşova Paktı arasında gedirdi.

Ukrayna müharibəsi fonunda baş verənlər göstərir ki, Rusiya vaxtında NATO-ya üzv olsaydı, bəlkə də hazırda qarşılaşdığı bu vəziyyətə düşməzdi.

İndi elə bir mərhələdəyik ki, Ukraynaya ən böyük dəstəyi NATO verir. Faktiki olaraq, alyansla Moskva arasında müharibə vəziyyəti yaşanır. Bu səbəbdən yaxın gələcəkdə Rusiyanın NATO-ya üzvlüyü məsələsi gündəmdə olmayacaq”.

Safura Bənnayeva
Globalinfo.aza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri